"Sədərək" ticarət mərkəzi sökülür? - RƏSMİ AÇIQLAMA


"Sədərək" ticarət mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər həqiqəti əks etdirmir.

Sozcu.info  xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Sədərək" ticarət mərkəzinin idarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır.

"Ticarət mərkəzinin sökülməsindən söhbət gedə bilməz. Yayılan videoda ticarət mərkəzinin cərgələrində aparılan təmir işləri əks olunub. Ticarət mərkəzindəki cərgələrdə olan dükanların qarşısı təmizlənir, mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu o məqsədi daşıyır ki, mağazaların içərisindəki mallar kənardan görünsün və müştəriləri daha tez cəlb etsin. Həmçinin havaların isti keçməsi ilə bağlı yanğın təhlükəsizliyi məqsədilə ərazi təmizlənir", - deyə Mikayıl Qədimov bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə "Sədərək" ticarət mərkəzindən paylaşılan videoda adıçəkilən mərkəzin sökülərək köçürülməsi ilə bağlı fikirlər səsləndirilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}