GORANBOYDA ŞƏHİDLƏRƏ QARŞI AYRI-SEÇKİLİK... – Şəhidlər Xiyabanının açılışı oldu, 7 şəhidin şəkli xatirə lövhəsinə vurulmadı


Bu gün Goranboy rayonunda Şəhidlər Xiyabanının açılışı olub.

Sozcu.info  xəbər verir ki, açılış mərasimində böyük qalmaqal yaşanıb. Buna səbəb, rayon şəhidlərindən 7 nəfərin fotosunun xatirə lövhəsində yer almamasıdır. Bildirilir ki, həmin şəhidlərdən 3-ü rayonun Şəfəq kəndindən, 4-ü Qırxılıdandır.

Məlumata görə, Şəhidlər Xiyabanındakı xatirə lövhəsində 7 şəhidin fotosunun yer almaması ilə bağlı onların valideynləri və yaxınları Goranboy rayon İcra Hakimiyyəti rəhbərliyinə etiraz ediblər. Qarşı tərəfin onların etirazına biganə münasibəti isə qalmaqala səbəb olub.

Hurriyyet.az

P.S. Mövzu ilə bağlı daha ətraflı məlumat verməyə çalışacağıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}