8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı Rəna Əvəz qızı Ağarzayeva və onun həyat yoldaşı Sənan Məhərrəm oğlunun Ağarzayevin şikayətləri əsasında cinayət məsuliyyətinə cəlb edilmiş “falçı Maya”- İsmiyeva Şəfəq Müslüm qızı “BakuPost”un suallarını cavablandırıb. Qanunla qadağan olunan bir fəaliyyətlə məşğul olan və daha çox insanı aldatmaq üçün sosial şəbəkələrin verdiyi geniş imkandan istifadə edərək “Instagram”da “baxıcı” səhifəsi açan Şəfəq İsmiyevanın müsahibəsi iki amillə diqqəti cəlb edir. Birincisi, Şəfəq İsmiyevanın müsahibəsi göstərir ki, onun fikirləri istintaqın ilkin üzə çıxardığı məlumatlarla ziddiyyət təşkil edir. Belə ki, “BakuPost”un əməkdaşının “İttihama görə, zərərçəkmişlərə 360 min manat məbləğində maddi ziyan vurulub, amma onlar deyirlər ki, bu məbləğ 1 milyondan çox olub. Bununla bağlı nə deyə bilərsiniz?” -sualının cavabında Şəfəq İsmiyeva deyir: “Yox, əslində, şikayətdə əvvəllər 2 milyon maddi ziyan dəydiyini yazmışdılar. Amma bu yalan məlumatdı. Onlardan 3 il ərzində aldığım faizlə birlikdə cəmi 900 min manat pul idi, onun da 300 mini mənim tərəfimdən ödənilib. Yerdə qalan 600 min manat isə yoldaşımdadır. O da vermir, boynundan atır. Sonra sübutla məlum oldu ki, yoldaşım bu pulla yükdaşıma şirkəti açıb. Lakin mənim bundan xəbərim olmayıb, başqa bir qızla münasibət qurub və onunla da birgə bu şirkəti açıb”.
Qeyd edək ki, Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin hakimi Samir Əlibala oğlu Məmmədovun sədrliyi ilə 20.02.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının sonunda Baş Prokurorun o zamankı birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında 201900094 saylı cinayət işi üzrə ittiham olunan Zeynallı Ceyhun Şahin oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun imzası ilə məhkəməyə göndərilən təqdimatda qeyd edilir ki, “İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə, əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2017-i ilin əvvələrində “İnstagram” sosial şəbkəsində “baxıcı” adlı səhifə açaraq özünü Maya, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan ”Dmitri” adlı mahir baxıcılar kimi təqdim edib. Səhifədə o da qeyd olunur ki, onlar kart vasitsilə fal açaraq, qadınların gələcək taleyi ilə bağlı proqnozlar verir. Beləliklə, az vaxtda ona müraciət edən qadınların etibarını qazanmışdır. Bu məqsədlə Rəna Əvəz qızı Ağarzayevanın etibarınını qazanan Şəfəq İsmiyeva bu etibardan sui-istifadə edərək, 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi həmin xanımın 397 min manat pulunu mənimsəyib”. Bu rəsmi sənədlərdə əksini tapan məlumatdır. Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli 4(005)-206/2020 nömrəli iş üzrə hakim Samir Əlibala oğlu Məmmədovun çıxardığı qərarda öz əksini tapıb. Məhkəmənin qərarı isə Baş Prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun imzaladığı təqdimatda əksin tapan məlumatlara əsaslanıb. Rüstəm Usubovun imzaladığı təqdimat isə Daxili İşlər Naziliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Şöhrət Mehdi oğlu Hüseynovun apardığı istintaq və təhqiqat zamanı əldə olunan məlumatlara əsaslanıb. İstintaqın üzə çıxardığı və bir neçə rəsmi qurumun rəsmi səndlərində əksini tapmış məlumata görə Rəna Əvəz qızı Ağarzayevanın etibarınını qazanan Şəfəq İsmiyeva bu etibardan sui-istifadə edərək, 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi həmin xanımın 397 min manat pulunu mənimsəyib”. İndi isə “baxıcı Maya” ləqəbli Şəfəq İsmiyeva bildirir ki, bu rəqəm 900 min manat olub. Belə çıxır ki, Şəfəq İsmiyeva DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarını aldadaraq onlara yalan məlumat verib. Əks halda 900 min manat niyə 397 min manat kimi göstərilməliydi? Çox təəssüf ki, heç kim bu suala aydınlıq gətirmək istəmir. Həqiqətlrin üzə çıxmasından bərk narahat olanların olduğu çox aydın görünür. Bu hələ Nərimanov rayon Məhkəməsinin 20.02.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının qapalı keçirilməsindən məlum idi. Dövlət sirri olan bir məsələnin olmadığı istintaq işi üzrə məhkəmə iclasının nə üçün qapalı keçirilməsinə aydınlıq gətirilməlidir. Xüsusilə də onu nəzərə alsaq ki, “baxıcı Maya” ləqəbli Şəfəq İsmiyevanın fəaliyyəti başqa insanlara da zərər vurmuş ola bilərdi və cəmiyyətin də cəhalətin girdabından xilas olması üçün belə məhkəmə prosesi açıq keçirilməli idi. Məlum olduğu kimi iki yüz ildən artıqdır ki, Azərbaycan ziyalıları cəhalətin doğurduğu bu hallara qarşı mübarizə aparırlar. Bu məhkəmə prosesinin açıq aparılması ziyalıların cəhalətə qarşı mübarizəsinə dəstək olardı. Ancaq məhkəmə bu yolu tutmayıb və iclası qapalı aparıb. Görünür bu məsələdə zərərçəkinin yüksək vəzifəli bir şəxsin, Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı olması öz rolunu oynayıb.
Ancaq belə məsələləri sona kimi cəmiyyətdən gizli saxlamaq olmur. İlk dəfə “Yeni Sözçü” qəzeti tərəfindən bu məsələ ictimailəşdirildikdən sonra cəmiyyətdən belə fikirlər səsləndi ki, yaxşı olar ki, hüquq-mühafizə orqanları Kərəm Həsənovun bacısının əlində o qədər vəsaitin necə toplanmasını araşdırsınlar. Hüquq-mühafizə orqanları bu məsələni araşdırmasa da, Kərəm Həsənovun bacısı Rəna Əvəz qızı Ağarzayevaya “vəkillik” edən “baxıcı Maya” ləqəbli Şəfəq İsmiyeva “BakuPost”a müsahibəsində bu məsələyə “aydınlıq” gətirir. Jurnalistin “Bəs maraqlanmamışdınız ki, bu qədər pulları haradan əldən edirlər, kimlərdi bunlar?” sualına cavab olaraq “baxıcı Maya” ləqəbli Şəfəq İsmiyeva bildirir ki, “Qızın anası o pulları faizə götürdüyünü deyirdi...”. Bu cavabla “baxıcı Maya” ləqəbli Şəfəq İsmiyeva Rəna Əvəz qızı Ağarzayevaya yeni alibi tapır.
Cəmiyyəti çox maraqlandıran digər bir sual isə Rəna Əvəz qızı Ağarzayevayanın çox böyük bir vəsaiti 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi, təxminən üç il müddətində nə üçün verdiyidir. Mətbuata müsahibəsində Rəna Əvəz qızı Ağarzayevaya “vəkillik” edən “baxıcı Maya” ləqəbli Şəfəq İsmiyeva bu sual ətrafında da cəmiyyəti çaşdırmağa çalışır. Jurnalistin “Bu işin marağa səbəb olmasının iki əsas səbəbi var: zərərçəkən kimi tanınan şəxsin Kərəm Həsənovun bacısı olması və bu adamın qızını ərə verməsi üçün bir milyon pul xərcləməsi... Bu nə ərə getmək idi? Qızı kimə ərə vermək istəyirdi, nə məsləydi?” sualına cavab olaraq Şəfəq İsmiyeva deyir: “Bu məlumatlar yanlışdır. O adamların haqqına girirlər. Sadəcə dələduzluq etmişik, günah məndə olub. O gül kimi qızdı, anası onu ərə vermək istəmirdi. Mənə müraciət etməsi tamam başqa məsələyə görə olub”. Jurnalistin bu cavabın qarşısında “Nəyə görə?” sualına cavab olaraq Şəfəq İsmiyeva deyir: “Anasına başqa bir baxıcı deyib ki, qızına cadu ediblər. Özü də ölüm cadusu. Yəni qız ölümə məhkumdu. Anası da inanmışdı, çarə axtarırdı. Həmin vaxt "Instagram”da mənim səhifəmi tapıb müraciət etdi. Boynuma alıram ki, onun bu çarəsiz vəziyyətindən istifadə etdim, ərimin təkidi ilə onu aldatdım”. Bu cavab da Şəfəq İsmiyevanın Rəna Ağarzayevanın vəkili kimi çıxış etdiyini bir daha göstərir. Çünki, istintaq materiallaırında dələduzluq olayının mövzunun Rəna Ağarzayevanın qız övladının bəxtinin bağlanması ilə bağlı məəsələnin olduğu əksini tapıb. İndi isə Şəfəq İsmiyeva bu məsələnin üstünü qapamağa çalışır. Çünki, həmin zaman 18 yaşı yenicə tamam olmuş və ölkənin ən nüfuzlu ali məktəblərindən birində təhsil alan bir gənc qızın bəxtinin bağlanmasından onun valideynləri niyə narahat olmalı idilər ki? Fikirimzcə bu suala “Baku Post”un əməkdaşının “Qızı kimə ərə vermək istəyirdi, nə məsləydi?” sualına doğru cavab tapmaq mümkün olsa aydınlıq gətirilə bilər. Bununla bağlı nüəyyən şaiyə və ehtimallar da var.
Digər bir maraqlı məsələ üç il ərzində Rəna Ağarzayevadan külli miqdarda pul alan Şəfəq İsmiyevanın bu hərəkətini əri Ceyhum Zeynallının təkidi ilə izah etməsidir. Halbuki, Ceyhun Zeynallının Şəfəq İsmiyeva ilə cəmi üç ay birgə yaşadığı haqqında fikirlər mövcuddur. Ceyhun Zeynallının atası Şahin Zeynallov əməkdaşımızla söhbət zamanı bildirib ki, Şəfəq İsmiyeva onun oğlu ilə 2014-ci ildə ailə qurub. Rəsmi nigah olmadan bir neçə ay yaşayıblar. Üç ay yaşadıqdan sonra ailənin qızıllarını da götürüb, evdən qaçıb. Şəfəq İsmiyeva “ər” evinə bir də 2015-cı ildə övladı dünyaya gəldikdən sonra qayıdıb. Bu qayıdış da cəmi 15 gün çəkib. Ceyhun Zeynalllının atasının dediyinə görə bundan sonra oğlu ilə gəlini ayrı-ayrılıqda yaşayıblar.
Şəfəq İsmiyeva müsahibəsində bildirir ki,3 il ərzində Rəna Ağarzayevadan aladığı pul faizlə birlikdə cəmi 900 min manat olub. “Onun 300 mini mənim tərəfimdən ödənilib. Yerdə qalan 600 min manat isə yoldaşımdadır. O da vermir, boynundan atır. Sonra sübutla məlum oldu ki, yoldaşım bu pulla yükdaşıma şirkəti açıb. Lakin mənim bundan xəbərim olmayıb, başqa bir qızla münasibət qurub və onunla da birgə bu şirkəti açıb”.
Çox maraqlıdır ki, Şəfəq İsmiyevanın 600 min manat pulu məniməsməkdə ittiham etdiyi Ceyhun Zeynallı atası ilə birlikdə kirayədə yaşayıb və Qaz İstismar İdarəsində işləyib. 600 min manat pul mənimsəməyən bir şəxs Qaz İstismar İdarəsində hər gün işə niyə gedirdi. Bundan başqa Ceyhun Zeynalllının atası Şahin Zeynallov 2014-cü ildə Kapital Bankdan 10 min manat götürüb və ödənməsi gələn ilin aprelində başa çatır. Eyni zamanda 600 min manat mənimsəyən bir şəxsin 2009-cu ildən Bakıda kirayədə yaşaması da məntiqə uyğun görünmür.
Açıq aydın görünür ki, Şəfəq İsmiyeva Rəna Ağarzayeva ilə eyni mövqedən çıxış etməyə başlayıb. Bunu Ceyhun Zeynallıının atası Şahin Zeynallov da iddia edir. Ancaq Şəfəq İsmiyevanın “Baku Post”a müsahibəsindən bunu tam aydın görmək olur. Bunun səbəbi isə Rəna Ağarzayeva ilə Şəfəq İsmiyevanın gizli anlaşması ilə izah edilir. Prosesi yaxından izləyənlər isə bildirirlər ki, “Baku Post”un əməkdaşının “Qızı kimə ərə vermək istəyirdi, nə məsləydi?” sualına aydınlıq gətirilsə, həqiqət üzə çıxacaq. Ceyhun Zeynallının atası da bildirir ki, bu məsələyə zamanı çatanda aydınlıq gətirəcək.
Sozcu.info