8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Bir şeyi təəssüflə qeyd etməliyəm ki, nəinki Aprel, Tovuz döyüşlərindən, 44 günlük savaşdakı qələbəmizdən sonra da döyüşən insanların xeylisinə gərəkli qiymət verilmədi”.
Sozcu.info xəbər verir ki, bu fikri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.“Konkret hansı baxımdan deyirsiz bunu?” sualına cavabında isə belə deyib:“Elə başlayaq müharibə veteranlarına verilən 80 manatdan… Həmin məbləğlə indiki şəraitdə heç kommunal xərclərin də hamısını ödəmək olmur. Bəs əgər bu qazi işsiz, evsiz qalsa, o, gündəlik ərzaq pulunu, dərman pulunu, kirayə haqqını necə ödəyəcək?.. Bu mənada, demək olar ki, sovet dövründə “Böyük Vətən” müharibəsi veteranları daha böyük imtiyazlara malik idi... Müharibədən sonra kolxoz sədrləri, zavod direktorları, rayon partiya komitəsinin katibləri və s. kimi aparıcı vəzifələrə öncə idarəetmə qabiliyyəti olan veteran zabitlər təyin edilirdi. Ancaq bu gün qazilərin xeyli hissəsi işsiz qalıb. Mövcud qanunlarla veteran və əlillərə verilən imtiyazlar da yerlərdə düzgün icra olunmur. Əsl müharibə əlilləri illərlə ev, maşın növbələrində süründürülür. İndi də bu tərəfdən hərbçilərin, general və zabitlərin pensiyasının artırılmasını məhdudlaşdırırlar. Yəni hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq vəzifə maaşlarının (və yaxud vəzifə maaşlarına əlavənin) artırılması əmək pensiyası almaq hüququ olan ehtiyatda və istefada olan hərbi qulluqçulara (xüsusi rütbəli şəxslərə) şamil edilmir. Halbuki, qanunun geriyə qüvvəsi yoxdur. Bu artım keçmişdə pensiyaya çıxanlara da mütləq şamil edilməlidir”.“Müvafiq qurum rəhbərləri heç olmasa onu da anlamır ki, məhz həmin veteran general və zabitlərin, əlil qazilərin qəhrəmanlığı, fədakarlığı sayəsində yaranmış sülh şəraitində hazırkı vəzifələrində otururlar. Ümid edirəm ki, dövlət başçısına bu mövzuda ətraflı məlumat veriləcək və deyilən istiqamətdə daha ciddi tədbirlər görüləcək” -deyə sabiq nazir vurğulayıb.