26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra bir çox səfirliklər və konsulluqlar paytaxtı yenidən tərk etməyə hazırlaşdıqlarını bildirmişdilər.
Aidiyyəti üzrə, Azərbaycan səfirliyinin də yenidən təxliyə edilib-edilməyəcəyi və səfir Elmira Axundovunun vəzifəsinin başında olub-olmaması ilə bağlı Kiyevdəki səfirliyimizlə əlaqə saxladıq.
Yenisabah.az-ın sorğusuna cavab olaraq səfirlikdən bildirilib ki, Elmira Axundova Kiyevdə deyil:
“Hazırda müvəqqəti işlər vəkili səfirliyə rəhbərlik edir” – deyə cavabda bildirilib.
Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.