Gürcüstan Azərbaycanlıları Milli Konqresindən dəstək

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev Azərbaycanın ictimai təşkilatları ilə həmrəylik bəyanatı yayıb. Bəyantda deyilir: “Rusiya “sülh məramlıları” Qarabağda Ermənistanın silahlı qüvvələri və qeyri-qanuni silahlı formalaşmalarının Azərbaycan ərazisindən çıxarılması barədə üçtərəfli razılaşmanı pozaraq separatçıları himayə edirlər, Azərbaycanın təbii ehtiyatlarıın talan edilməsində iştirak edirlər. Bunlar Gürcüstan ictimaiyyəti üçün tanış hadisələrdir. Belə ki, elə həmin rus “sülh məramlıları” 2008-ci ilin təcavüzünə qədər Abxaziyada və Gürcüstanın Sxinvali bölgəsində “sülh məramlı missiyası” həyata keçirirdi.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində ətraf mühitinin monitorinqi, mədən və başqa ehtiyatların Ermənistana qanunsuz ixracatının qarşısının alınması ilə tələbi tamamilə qanuni və vaxtında atılan addımdır.  

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərin aksiyası Azərbaycanın milli və dövlət maraqlarının həyata keçirilməsinə xidmət edir. 

Gürcüstan Azərbaycanlıları Milli Konqresi eko-fəalların və QHT təmsilçilərin “Laçın dəhliz”ində  Azərbaycanın milli və dövlət maraqlarının həyata keçirilməsi ilə bağlı keçirdiyi aksiya ilə həmrəy olduğunu bəyan edir.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti