26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın yeni binası “Qərbi Azərbaycan” İcmasının balansına verildiyindən bu bina tam boşaldılıb.
Sozcu.info bildirir ki, gununsesi.info-nun özəl mənbədən əldə etdiyi xəbərə görə, Şuşa Şəhər İcra Hakimiyyətinin aparatı başda olmaqla, deputat Tural Gəncəliyevin rəhbəri olduğu “Qarabağa Dönüş” İctimai Birliyi Bakının Nərimanov rayonu, Gülarə Qədirbəyova 9 ünvanıdan çıxarılıb.
Uzun illərdir ki, həmin binada əyləşən Şuşanın icra başçısı Bayram Səfərov da Seyid Yəhya Bakuvi küçəsində yeni binaya köçüb.
Xatırladaq ki, 2 gün əvvəl Prezident İlham Əliyevin də ziyarət etdiyi bu binada bir sıra təmir işləri görülüb və ora “Qərbi Azərbaycan” İcmasının balansına verilib.