Türkiyədə zəlzələdə həlak olanların sayı 19 minə çatır - Yenilənib


Türkiyədə zəlzələdə ölənlərin sayı 18 991 nəfərə çatıb.

***

Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 18 mini ötüb.

Hurriyyet.az Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, ölənlərin sayı 18 342 nəfərə çatıb.

Yaralıların sayı isə 74  242 nəfərə yüksəlib.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 674 nəfərə çatıb. 

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib. 

Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir. 

Dağılan binaların sayı 6 444 təşkil edir.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 134 nəfərə çatıb. 

Bu barədə AFAD-dan məlumat verilib.

Zəlzələ zamanı yaralananların sayı isə 70 347 nəfərdir.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb, yaralananların sayı 66 132-dir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dağılan binaların sayı 6 444 təşkil edir.

***

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 16 170-ə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralıların 63794-dür. Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6444-ə bərabər olub.  

***

Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14 014-ə yüksəlib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Zəlzələ zamanı yaralananların sayı da artaraq 63 794-ə yüksəlib.  

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 873-ə çatıb.

Bu barədə AFAD-dan məlumat verilib.

Zəlzələ zamanı yaralananların sayı isə 62 937-ə yüksəlib.

***

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 391 nəfər həyatını itirib, 62 914 şəxs xəsarət alıb. Axtarış-xilasetmə işləri davam edir. 

Xilasetmə işlərinə 110 571 nəfər, 5 557 müxtəlif texnika cəlb olunub. 

İlk zəlzələlərin ardından 1 052 afterşok qeydə alınıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}