Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Ales Belyatski 12 il müddətinə azadlıqdan məhrum edilə bilər. Belarus prokurorluğu Nobel mükafatı laureatını digər müttəhimlər və naməlum şəxslərlə birlikdə icazə verilən məbləğdən artıq məbləğdə pulu gömrükdə bəyan etmədən Belarusa keçirməkdə ittiham edir. Belarus prokurorluğu buna görə Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Ales Belyatskinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.
Sozcu.info bildirir ki, bunu politoloq Xəqani Cəfərli FB səhfəsində qeyd edib.
Politoloq yazır ki, Rusiyada isə Nobel mükafatı laureatı Dmitri Muratovun baş redaktor olduğu “Novaya qazeta”nın lisenziyası “Roskomnadzor” tərəfindən ləğv edilib. Səbəb kimi nəşrin 2006-cı ildə cüzi düzəliş edilmiş nizamnaməsinin sürətinin “Roskomnadzor”-a təqdim edilməməsi göstərilir. Bu həmin “Novaya qazeta” qəzetidir ki, 6 əməkdaşı Putinin iqtidarı dövründə peşə fəaliyyətinə görə qətlə yetirilib.
Göründüyü kimi Rusiyanın hakim olduğu postsovet məkanında Nobel mükafatı laureatı olmaq da represiyaların qarşsıını ala bilmir.
Azərbaycanda Medianın İnkişafı Agentliyi də Rusiyanın “Roskomnadzor”-u kimi fəaliyyət göstərir və media orqanlarını əsassız səbəblərlə Media Reyestrinə daxil etməkdən imtina edir.
Bütün bu represiya və məhdudiyyətlər Putinin Rusiyada qurduğu və postsovet məkanına yaydığı diktatura rejimindən qaynaqlanır.
Xəqani Cəfərli iddia edir ki, Putinin terrorçu rejim kimi xarakterizə olunan hakimiyyəti çökən kimi postsovet məkanında da represiya və məhdudiyyətlər ləğv olunmağa başlayacaq. Heç şübhəsiz ki, represiyalarda iştirak edənlər buna görə qanun qarşısında cavab verməli olacaq.
Sozcu.info