5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Nobel Sülh mükafatını niyə Prezident Əliyevə vermədilər?
Azərbaycanın dövlət başçısının müharibənin tez və daha az itkisiz bitməsi üçün bacardığı hər şeyi etdiyini kimsə dana bilməz; 10 noyabr razılaşması ilə minlərlə insanın həyatını xilas edən də odur....
“Nobel həftəsi” başlayandan beynimi məşğul edən bir məsələni oxucularla artıq bölüşməyin zamanıdır. Səmimi deyirəm ki, Nobel Sülh mükafatının bu il məhz Azərbaycan Prezidenti İlham Əliyevə verilməsini arzu edərkən, qətiyyən 44 günlük qələbənin eyforiyasına, 29 illik Şuşa həsrətindən sonra burnuma dəyən doğma havanın təsiri altına düşməmişdim və ya hissə qapılmırdım. Anlayıram, müharibə və sülh bir-birinə ziddir. Biri varsa, bəlkə də digərinə yer yoxdur. Amma bu ilk baxışdan belədir.
Niyə İlham Əliyev? İllərdir “Cənubi Qafqazda təminatlı sülhə ehtiyac var” deyən dünya dövətləri, BMT, digər beynəlxalq təşkilatlar deyildimi? Onlar idi. “Əgər Qarabağ problemi həll olunmasa, status-kvo əbədi qala bilməz” deyən də onlar idi. Ağızucu olsa da, “qaçqınları, məcburi köçkünlərin yurd-yuvalarına qaytarmaq vacibdir, bu insan haqlarıdır” deyənlər də gərək ki, onlar idi.
İndi regionda 30 ildən bəri davam edən işğal böyük ölçüdə sonunclanıbmı? Əksini deyənlər erməni tərəfini tuturlar, amma reallıq budur ki, işğal sonunclanıb. O torpaqlara artıq həyat qayıdıb, tikilir-qurulur. İnsan haqları demirsinizmi? Yüz minlərlə insanın öz doğma torpağında yaşamaq haqqı bərpa olunub, bunlar hesaba alınmır yoxsa? Təkcə müharibə edən iki ölkədə deyil, bütün Qafqazda təminatlı sülh üçün ilk dəfə böyük imkanlar yaranıb. BMT-nin qəbul etdiyi, amma on illərdir yerinə yetirə bilmədiyi qətnamələri Azərbaycan öz qanı bahasına bərpa edib.
İlham Əliyev bu müharibənin tez və daha az itkisiz bitməsi üçün bacardığı hər şeyi etdiyini də kimsə dana bilməz. Çünki bu bəyanatlar, çıxışlar dünyanın tanınmış telekanallarında, agentliklərində, qəzetlərində də yayılıb. Əliyev bəyan etmişdi ki, işğalçı ordu torpaqlarımızdan çıxsın, müharibə dərhal dayansın. Yalnız 44 gün sonra işğalçı dövlət üç rayonu sülh yolu ilə azad etməyə razılıq verib. Bəs minlərlə insanın həyatını xilas etmək məğər bəşəri xidmət, bəşəri əhəmiyyət daşımırmı?
Bəli, qan tökülüb, bəli, hər iki tərəf ağır insani itkilər verib. Amma bu ədalətli, haqlı müharibə olub. Bəs, bu “dünyanın ədalətlə idarə olunsun” istəyini dilə gətirənlər niyə bu ədaləti görməzdən gəlsinlər ki...Prezident Əliyevin müharibədən sonrakı bütün fəaliyyəti, açıqlamaları məğər sülhə xidmət deyilmi, ədalətə, birgəyaşayışa, əməkdaşlığa çağırış üzərində qurulmayıbmı?
Əminəm ki, Prezident Əliyevin belə bir mükafat haqda düşünməyə vaxtı olmayıb, onun gündəmi də, dövlət qayğıları da fərqlidir. Amma biz təhlilçiyik, tənqidçiyik, bizim işimiz də necə deyərlər, budur.
Guya Azərbaycan xalqının düşməni olan Mixail Qorbaçov Nobel Sülh mükafatını haqq etmişdimi? Yüz dəfə “yox!” Qorbaçovun yarıtmaz siyasəti sayəsində SSRİ böyük bir düşmənçilik yuvasına çevrildi. Hər tərəf-Qarabağ, Fəraqnə, Tiflis, Şimali Qafqaz qan ağlayırdı, hər yerdə göz yaşları axırdı. Amma o yaramaza himayəsi ilə yaranan Qarabağ probleminin ən qızğın vaxtında -1990-ci ildə Nobel Sülh mükafatı verdilər. Ədalətsiz idi. Nobel Sülh mükafatının özünün müəyyən etdiyi kriteriyalar var. Tapın, oxuyun. Heç birinin Qorbaçovun fəaliyyəti ilə yaxın-uzaqdan əlaqəsi yoxdur. Demək, bu mükafatlandırmada da siyasət ön sıraya çıxır...
Bu gün Nobel Sülh mükafatı alan rusiyalı jurnalistin-“Novaya vremya” qəzetinin baş redaktoru Dmitri Muradovu və flippinli araşdırmaçı-jurnalist Mariya Ressanı təbrik edirik. Muratov və Resse “demokratiya və dayanıqlı sülh üçün zəruri şərt olan söz azadlığının müdafiəsinə yönəlmiş səylərinə görə” Nobel Sülh mükafatına layiq görülüblər.
Muratov bu mükafatı alan Rusiya Federasiyasının ilk vətəndaşıdır. (Qorbaçovdan əvvəl bu mükafatı fizik və hüquq müdafiəçisi Andrey Saxarov uzaq 1975-ci ildə alıb). Muratov 1993-cü ildə təsis etdiyi “Novaya qazeta”nın(müəyyən müddət adı fərqli olub) baş redaktorudur. Bu zamana kimi, qəzetin 6 jurnalisti peşə fəaliyyətinə görə öldürülüb. Bunlar İqor Domnikov (2000), Yuri Şekoçixin (2003), Anna Politkovskaya (2006), Anastasiya Baburova (2009), habelə hüquqşünas Stanislav Markelov (2009) və redaksiya heyəti ilə işləyən hüquq müdafiəçisi Natalya Estemirovadır (2009).
Qəzet daha çox Rusiya hakimiyyətinin müxtəlif strukturlarında korrupsiya hallarının araşdırılması ilə məşhurdur. Öldürülən əməkdaşları arasında isə sözsüz ki, ən tanınmışı Anna Politkovskayadır. Çeçenistan müharibəsi ilə bağlı araşdırmalarına görə killerlərin hədəfinə gələn Politkovskaya düz 15 il əvvəl-2016-cı ilin oktyabr ayının 7-də Moskvada qətlə yetirilmişdi. Qətlin icraçıları olan çeçen qardaşlar həbs edilsə də, sifarişçi hələ də müəyyən edilməyib. Bu səbəbdən redaksiya qətl işini açılmamış sayır.
Politkovskayanın qətlinin 15-ci ildönümünə təsadüf edən mükafatın obyektivliyinə şübhə etməyə əsasımız yoxdur. Jurnalistlərin mükafatlandırılması bütün dünyada medianın roluna verilmiş qiymət kimi də izah edilə bilər. Amma gəlin görək, “Novaya vremya” Qarabağ müharibəsində tam obyektiv ola bildimi?
Birinci il deyil ki, Rusiya mediasını, o cümlədən Kremlin təsirində olmayan tək-tük medianı da daima izləyirəm. Qarabağ müharibəsində isə Rusiya mediasına daha çox maraq vardı: nə yazırlar, necə yazırlar və sairə...”Novaya vremya” bu mövzuda obyektivliyini saxlamağa çalışan azsaylı media orqanlarından biri idi. Amma necə? Məsələn, mən onların bir reportajında da rast gəlmədim ki, işğaldakı torpaqların Azərbaycana məxsus olduğunu, Bakının öz ərazi bötövlüyünü bərpa etmək üçün müharibə etdiyini yazalar. Ən yaxşı halda, erməni ilə opponentlik edirdilər, məsələn, ermənilər Xankəndinə (onlar Stepanekert yazırdılar) guya Azərbaycanın 3 min “Smerç” raket atdığını, şəhərin tam dağıldığını deyəndə, onlar da “bəs, siz niyə Gəncəyə raket atırsız” soruşurdular.İzlədiyim qədər onların əməkdaşı cəbhə bölgəsindən kənarda olan şəhərlərimizin dağıdılmasından sonra oraya getmədilər. Amma obyektiv media gərək gedəydi, öz gözləri ilə erməni vəhşiliyini görüb yazaydı. Nəhayət, bu müharibəni “Novaya vremya” yarımçıq dayandırdı. Elan verdilır ki, jurnalistlərinin həyatını təhlükəyə atmamaq üçün Qarabağdan reportajlarını dayandırırlar. Bu qədər...
Nəhayət, Prezidentə mükafat mövzusuna bir daha qayıdaraq bir müşahidəmi də deyim. İlham Əliyev xalqın ona sevgisindən çox məmnundur, bundan hətta tez-tez duyğulanır da. Xalqın verdiyi mükafat isə həmişə daha dəyərlidir. Bu mükafatı isə dünyanın görməməsi mümkün deyil...ö
Oxşar Xəbərlər
Nobel Sülh Mükafatının qalibləri müəyyən olundu
Prezident:
BMT-nin Baş katibi 24 saatlıq qlobal atəşkəslə bağlı çağırış edib
Ermənistanı sülh müqaviləsi imzalamağa bu dövlətlər qoymur
Xəbər lenti
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
PRİZMA
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Sabah ölkədə qısa iş günü olacaq
Pensiya artımı ilə bağlı mühüm xəbər
Bu yolda hərəkət məhdudlaşdırıldı
1200 abonentin qazı kəsiləcək