Bu səlahiyyət Səhiyyə Nazirliyindən alındı


Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı dəyişib.

Sozcu.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Belə ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsulları sahəsində məsul orqan artıq Səhiyyə Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi olacaq. (qafqazinfo)



Oxşar Xəbərlər

Xəbər lenti