Mədət Quliyev “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsində bir sıra görüşlər keçirib


20-24 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunan “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransının ikinci günündə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin İsrail Dövlətinin “Aeronautics” şirkətinin rəhbəri Moshe Elazar ilə görüşü baş tutub.

Görüş çərçivəsində “Aeronautics” şirkəti ilə Müdafiə Sənayesi Nazirliyi arasında Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Nazir Mədət Quliyev daha sonra Mərakeş Krallığının müdafiə naziri Abdeltif Loudyi ilə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.



Oxşar Xəbərlər

Xəbər lenti