Emin Əmrullayev 8 martla bağlı pulun yığılmasına münasibət bildirib


“8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlər tərəfindən pul yığılması məktəb idarəsində düzgün hal hesab olunmur”. 

Sozcu.info xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Nazir vurğulayıb ki, valideynlər belə hallar baş verdikdə nazirliyə müraciət etməlidirlər:

“Bizə şikayətlər daxil olmalıdır ki, məsələni araşdıraq. Əksər hallarda pul yığılması heç də müəllimlərin təşəbbüsü ilə həyata keçmir. Valideynlər məktəblərdə müəllimlərə hansısa çox bahalı hədiyyə alırsa, külli miqdarda pul yığılırsa, bu, məktəbin idarə olunmasına adekvat deyil. Çox zaman belə hallar müəllim təşəbbüslərindən irəli gəlmir, valideynlər belə təşəbbüslə çıxış edirlər”.

Bizim.Media



Oxşar Xəbərlər

Xəbər lenti