Naxçıvanda bu QAYDA müəyyənləşdi - SON DƏQİQƏ


Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi qaydası müəyyənləşib.

Sozcu.info-nun APA-ya istinadən xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 27 fevral tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminə qoşulanadək kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti