26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
“Ermənistanın mina terroru azərbaycanlıların həyatına son qoymağa davam edir”.
Sozcu.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir.
“Bu gün azərbaycanlı mülki şəxs minanın partlaması nəticəsində ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən sonra mina səbəbindən ölən və yaralananların sayı 284 nəfərə çatıb. Beynəlxalq tərəfdaşlar Ermənistanın terroruna biganə qalmamalıdırlar”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gün 13:00 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisindəki Gendərə deyilən yerdə rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşüb.