“Saakaşvili Avropanın agentidir”, "Zelenskinin Gürcüstandakı qarışıqlıqda marağı var”


“Planları dövlət çevrilişi etmək, Gürcüstanı müharibəyə sürükləməkdir”

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili martın 12-də IMEDI telekanalına müsahibəsində Ukraynanın Gürcüstanda sabitliyi pozmaq və ölkəni hərbi əməliyyatlara cəlb etmək üçün Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini vətəninə göndərdiyini iddia edib.

Qaribaşvili deyib: “Ukraynada müharibənin başlanması noyabrda (2021 – red.), maksimum dekabrda gözlənilirdi. Bu barədə bizim həmkarlarımızdan və tərəfdaşlarımızdan bildiyim məlumatlar da var idi. Saakaşvili Gürcüstana nə vaxt gəlib? Oktyabrın 1-də. Saakaşvili planlı şəkildə göndərildi, əsas məqsəd burada dövlət çevrilişi təşkil etmək, lazımi vaxtda ölkəni müharibəyə cəlb eləmək idi. Bu gün bizim buna heç bir şübhəmiz yoxdur” .

Baş nazirin sözlərinə görə, “Rusiya diqqətini Gürcüstana yönəltsə, Ukrayna üçün bəlkə də bir növ rahatlıq olacqdı”.

“Gürcüstan məşq meydançasına çevriləcək, ölkə ikinci Mariupol olacaqdı, Ukrayna isə bu yolla vaxt qazanacaqdı”, - deyə Baş nazir bildirib.

“Avropa Parlamenti indi öz agenti Saakaşvilini xilas etmək, onu həbsdən çıxarmaq üçün hər şeyi edir.

Bu baş verməyəcək. Biz qanunu və Konstitusiyanı poza bilmərik. Avropa Parlamenti dönüb özünə yaxşı baxsın, 100 deputatın adı korrupsiya qalmaqalındadır. Bizə niyə ağıl öyrədilir?”

 “Nə qədər ki, “Gürcü arzusu” hakimiyyətdədir, hökumət ikinci cəbhənin açılmasına imkan verməyəcək”.

Keçmiş daxili işlər naziri Vano Merabişvili etiraf etdi ki, onların məqsədi Rusiyaya qarşı müharibə aparmaq, yəni bütün bu il barəsindəcəmiyyətimizə danışdığımız ikinci cəbhəni açmaqdır... Təsəvvür edək ki, bu gün Gürcüstanda müharibə gedir. Hamı başa düşür ki, gözəl ölkəmiz sınaq meydanına çevriləcək”, - deyən Qaribaşvilinin fikrincə, əgər indi Saakaşvili hakimiyyətdə olsaydı, Gürcüstan suveren dövlət kimi mövcud olmazdı.

Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili Vladimir Zelenskini Tbilisidə keçirilən etiraz aksiyalarını dəstəklədiyinə görə qınayıb.

Ölkəsi müharibə vəziyyətində olan bir insan vaxt tapıb burada bir neçə min nəfərin dağıdıcı aksiyasından danışırsa, bu, onun da bu işə qoşulduğunun, burada nəyinsə baş verməsində, dəyişməsində maraqlı olmasının birbaşa sübutudur”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir  Zelenski martın 8-də çıxışında Gürcüstandakı etirazları xatırlatmışdı:  “Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tbilisidə səslənən dövlət himnimizə görə sizə təşəkkür etmək istəyirəm. Bu, Ukraynaya hörmətdir və mən Gürcüstana səmimi hörmətimi bildirmək istəyirəm. Elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanımızın uğurunu arzulamasın. Demokratik uğurunu. Avropa uğurunu”.



Oxşar Xəbərlər

Xəbər lenti