27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlardan Tehranın çıxması haqqında qanun layihəsi respublika Məclisinə (parlament) təqdim olunub. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.“Parlamentdə nüvə sazişi üzrə danışıqlara son qoymaq üçün qanun layihəsi var, ona görə də dialoqun qapısı bağlana bilər”, o deyib. Eyni zamanda, nazir vurğulayıb ki, İran bu ayın əvvəlində təşkilatın baş direktoru Rafael Qrossi ilə respublikanın hakimiyyət orqanları arasında əldə olunmuş razılaşmalar çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığa sadiqdir.Martın 3-də Qrossi Tehrana ölkənin nüvə obyektlərində 84%-ə qədər zənginləşdirilmiş uran izlərinin aşkarlanması barədə məlumatlardan sonra səfərə gəlib. Qrossi İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami ilə iki raund danışıqlar aparıb, həmçinin respublika prezidenti İbrahim Rəisi və xarici işlər naziri ilə görüşüb. Səfərdən sonra MAQATE və AEOI tərəfindən verilən birgə bəyanatda İranın agentliyə yoxlama və monitorinq həyata keçirməsinə icazə vermək niyyəti, habelə Tehranın üç nüvə obyektinə girişi təmin etməyə hazır olduğu qeyd edilib.