Əhmədovun şirkətində nə baş verir? - Qardaşı oğlu işdən çıxarıldı


Azərbaycanlı iş adamı Fərhad Əhmədova məxsus “Aznar” şirkətinin rəhbəri dəyişib. 

Sozcu.info xəbər verir ki, iş adamının qardaşı oğlu Teymur Fərəc oğlu Əhmədov şirkətin baş direktoru vəzifəsindən azad edilib. Onu bu postda Zeynullah Qurbanov əvəzləyib.

Qeyd edək ki, bir müddət əvvəl “Aznar” şirkəti barəsində məhkəmə iddiası qaldırılmışdı. Belə ki, Türkiyə şirkəti olan “Airland İklimlendirme ticraret” LTD-nin iddiasına görə, “Aznar” sözügedən şirkətdən təsərrüfat üçün texnikalar alıb, lakin müqavilə üzrə ödənişlər olunmayıb. 

Məlumat üçün bildirək ki, F.Əhmədov "Aznar"ın Müşahidə Şurasının sədridir. O, 1,7 milyard dollar sərvətlə dünyada 49-cu ən varlı insan hesab olunur.




Oxşar Xəbərlər

Xəbər lenti