27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Elxan Şahinoğlu: "Bu gün də reaksiya verməyəcəksinizsə, demək Azərbaycanla münasibətlərdə həmişə Böyük Britaniya və ABŞ-ın gerisində qalacaqsınız"
"Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "Twitter" hesabında Azərbaycan hərbçisinə qarşı zorakılığı qətiyyətlə pisləyib. Səfir həmin kadrları izləməyin dəhşətli olduğunu və beynəlxalq humanitar hüquq qanunlarına görə, bu cür rəftarın yolverilməz olduğunu yazıb". Sozcu.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, ABŞ-ın Azərbaycandakı səfirliyi də məlumat yayaraq Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahat olduğunu vurğulayıb: "Bu cümlə Britaniya səfirinin açıqlaması qədər qətiyyətli olmasa da, hər halda səfir təyinatı uzanan ABŞ səfirliyinin məlum olaya reaksiyasız qalmadığını göstərib. Maraqlıdır, Azərbaycan hərbçisinin zorakılığına Fransa səfirliyinin və səfirinin reaksiyası necə olacaq? Səssiz qalmaması lazımdır. Bilirəm, səfirliklərin mətbuata məsul işçiləri sosial şəbəkələrdə yazılanları izləyir və bunun əsasında səfir və səfirin müşavirləri üçün hesabat hazırlayırlar. Bu gün də reaksiya verməyəcəksinizsə, britaniyalı baş diplomatın etirazına, ABŞ səfirliyinin narahatlığına şərik olmayacaqsınızsa, demək Azərbaycanla münasibətlərdə həmişə Böyük Britaniya və ABŞ-ın gerisində qalacaqsınız".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az