27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması bütün beynəlxalq prinsiplərə tüpürməkdir. Belə nüfuzlu yarışa ev sahibliyi edən ölkə hər cür təhlükəsizlik tədbirlərin təminat verməlidir”.
Bu sözləri açıqlamasında tanınmış idman jurnalisti, “Aut.az” saytının Baş redaktoru Natiq Muxtarlı deyib.
Müsahibimiz Azərbaycan bayrağının İrəvanda yandırılması ilə əlaqədar olaraq Beynəlxalq Ağır Atletika Federasiyasının Ermənistana qarşı hər hansı cəza tədbirləri görüb-görməyəcəyi ilə bağlı səsləndirilən suala cavab verib.
N.Muxtarlı xatırladıb ki, bunun bariz nümunəsini Azərbaycan göstərib:
“I Avropa Oyunlarında Ermənistan bayrağı Olimpiya Stadionuna gətirilib. Amma heç bir təxribat olmayıb, ermənilər yarışıblar, Bakını gəziblər, gözəlliyinə heyran olublar və qayıdıblar. Ermənistanın bu təxribatından sonra Azərbaycan Ağır Atletika Federasiyası, Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyi təbii ki, beynəlxalq qurumlara müraciət edəcək. Təhlükəsizlik tədbirlərinə riayət etməyən Ermənistan cəzalanmalıdır. Bunu qaydalar tələb edir”.
“Amma bu cəza nədən ibarət olacaq? Böyük ehtimalla, cərimə edəcəklər, vəssalam. Amma daha ağır cəza olmalıdır. Ermənistan bundan sonra nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edə bilməz. Çünki bu təxribatdan sonra Azərbaycan dövləti öz idmançılarının təhlükəsizliyini nəzərə alaraq, böyük ehtimalla Ermənistanda keçiriləcək yarışlara getməməyi tövsiyə edəcək. Belə olan halda azərbaycanlı idmançıların hüquqları pozulmuş olacaq. Və bu hüququ pozanlar da Ermənistana nüfuzlu yarışlar üçün ev sahibliyi verən təşkilatlar olacaq”, - əlavə edib.
Müsahibimizin fikrincə, beynəlxalq təşkilatların da ikili standartlarını 30 ildən yuxarıdır ki, görürük:
“Adi bir misal deyim, Rusiya Ukraynaya hücum etdiyi üçün bu ölkə bütün beynəlxalq yarışlardan uzaqlaşdırılıb. Ermənistan da işğalçı idi, Azərbaycan torpaqlarını zəbt etmişdi. Bu ölkəyə qarşı sanksiya tətbiq etdilər? Yox. Deməli, beynəlxalq təşkilatlar qanunun aliliyi yox, əksinə, maraqlar baxımından çıxış edirlər. Biz bütün səviyyələrdə bu təxribatla bağlı etirazımızı bildirməliyik. Amma Ermənistanın sərt cəzalanacağını gözləmirəm. Beynəlxalq təşkilatlar yenə də ikili standart nümayiş etdirəcəklər”.
yenisabah.az