KİV: İsrailin XİN başçısı Bakıya gəlir – İranla bağlı məsələ qaldırılacaq

Sabah - 18 apreldə İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana rəsmi səfərə gələcək.
Sozcu.info xəbər verir ki, bu barədə “Jewish Insider” məlumat yayıb.
Bildirilib ki, İsrailin xarici işlər naziri Eli Kohen İsrail-Azərbaycan Birgə Hökumətlərarası Komissiyanın tərkibində İsrail rəsmiləri və iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana gələcək:
“Kohenin Bakıda olduğu müddətdə Azərbaycan Prezidenti İlham Əliyev və ötən ay İsrailə səfər etmiş xarici işlər naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılır. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrlə yanaşı, Kohenin İranla bağlı, onun nüvə potensialı əldə etmək yarışı və Səudiyyə Ərəbistanı ilə son yaxınlaşması kimi daha aktual məsələləri qaldıracağı gözlənilir. 2020-ci il müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında gərginliyin davam etdiyi üçün iki ölkə arasında hərbi əməkdaşlıq da müzakirə oluna bilər”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}