26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
"Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib". Sozcu.info Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaq.
“Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”, - M.Qurbanlı əlavə edib.
Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib.