27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
ön plana çıxdığı bir dönəmdə qabaqcıl beynəlxalq media modellərinin öyrənilməsi, bu cür təlimlərin keçirilməsi bu sahədə professional mühitin yaranmasında mühüm rol oynayır: “Bu, həm də kommunikasiyaya məsul şəxslər kimi bizlərin praktik bilik və bacarıqlarımızı artırır. Əminəm ki, bu cür faydalı dialoq, mütərəqqi format ölkəmizdə yeni mərhələyə keçid almış media və kommunikasiya islahatlarına töhfə verəcək, müxtəlif qurumlar arasında kommunikasiya sahəsində ünsiyyətin dinamikliyini artıracaq, mediaya məsul şəxslərin kommunikasiya işində məsuliyyətini və bu sahədə media vasitələri ilə sıx işləmək bacarıqlarını, peşəkarlığını daha da təkmilləşdirəcək”.
AYNA-nın İctimaiyyətlə əlaqələr və media ilə iş departamentinin direktoru Pərvanə Əliyevanın fikrincə, təlimlər şəxsi inkişaf və müasir standartlara cavab verən idarəetmə bacarıqlarına yiyələnmək baxımından çox səmərəli olub: “Həm nəzəri, həm də praktik sessiyalarda beynəlxalq mütəxəssislər böhran vəziyyətlərinin effektiv kommunikasiyasında öz təcrübələrini bizimlə bölüşdülər. Ünsiyyət, informasiyanın təqdim edilməsi və kommunikasiya sahəsində müasir trendlərlə tanış olduq. Düşünürəm ki, təlimin praktik olması əldə etdiyimiz yeni biliklərin gündəlik işimizə tətbiqində faydalı olacaq. Şübhəsiz ki, indi öyrəndiklərimiz ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyətimizin keyfiyyətini daha da artıracaq”.
Xatırladaq ki, Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilә dә mәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının tәkmillәşdirilmәsinin vә inkişafının vacibliyini, bu sahәdә effektivliyin artırılmasının zәruriliyini nәzәrә alaraq beynәlxalq tәşkilatlarla sıx әmәkdaşlıq edir. Bu әmәkdaşlıq çәrçivәsindә növbəti master-klassı London şәhәr Universitetinin jurnalistika üzrә professoru, “The Media Society” təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә mütәxәssis Tobi Orr aparıb.