27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Prezident seçkilərinin ikinci turu ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi mayın 20-də yerli vaxtla saat 08:00-də səsverməyə açılıb.
Sozcu.info “AzərTac”a istinadən xəbər verir ki, Bakıda və Naxçıvanda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarına gələrək öz namizədlərinə səs verirlər.
Səsvermə prosesinə mayın 22-də yekun vurulacaq.
Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçirilir. Seçkilərin ikinci turunda qalib gələn iki namizəddən biri Türkiyə Prezidenti olacaq.
Seçkilərin 2-ci turunda mübarizə aparan hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 49,52 faiz səs toplayıb. Müxalifət lideri Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs yığıb.