Çavuşoğlunun bu şəkli gündəm oldu


Türkiyənin sabiq Xarici işlər Naziri Mövlud Çavuşoğlu yenə gündəm olub.

Siyasətçi bu dəfə hər hansı çıxışı və açıqlaması ilə deyil, davranışı ilə müzakirələrə rəvac verib. 

Sozcu.info xəbər verir ki, Türkiyə  prezidenti Rəcəb Teyyub Ərdoğanın iyunun 3-də Ankarada gerçəkləşən andiçmə mərasimində Mövlud Çavuşoğlunun Nobel mükafatı laureatı olan türkiyəli alim Aziz Sancarın əlini öpməsi kameraların obyektivindən yayınmayıb. Mətbuat və cəmiyyət keçmiş nazirin bu davranışını təqdir edib. 

Buna rəğmən, nazir postunu deputat mandatına dəyişən Çavuşoğlunun gündəmdə qalmaq üçün bu cür hərəkət etdiyini yazanlar da olub.

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti