Türkiyə şirkəti Azərbaycan Ordusu üçün məhsul istehsal edəcək

İzmirdə texniki tekstil sahəsində istehsalatla məşğul olan “Akıncılar Taktik Tekstil” şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu arasında investisiya və əməkdaşlıq müqaviləsi imzalanıb.
Sozcu.info AA-ya istinadla xəbər verir ki, “Akıncılar Taktik Tekstil”in İdarə Heyətinin sədri Əhməd Can Uzuntepe ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Elmi Tədqiqat İnstitutunun prezidenti Mürsəl Əliyev tərəfindən imzalanan protokol çərçivəsində Azərbaycanda ortaq istehsal müəssisəsi və sınaq laboratoriyası yaradılacaq.
İzmirdə yerli və milli qaynaqlarla ballistik jiletlər, ballistik dəbilqələr, gülləkeçirməz geyilə bilən texnologiyalar, hərbi hücum jiletləri, xüsusi əməliyyat geyimləri, taktiki və açıq geyimlər istehsal edən “Akıncılar Taktik Tekstil” Bakıda qurulacaq fabrikdə innovativ tekstil işlərinin bir qismini həyata keçirəcək.
Ortaq istehsal müəssisəsində istehsal olunacaq gülləkeçirməz polad jiletlər, dəbilqələr və hərbi materialların digər ölkələrə satılması hədəflənir.
 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}