“Heydər Əliyev adına təqaüd” təsis edildi - 3 min manat


“Heydər Əliyev adına təqaüd” təsis edilib.

Sozcu.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.

Təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik veriləcək.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Oxşar Xəbərlər

Xəbər lenti