Kəmaləddin Heydərovdan yeni təyinat


Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə yeni rəis müavini təyin edilib. Sozcu.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Əkbər Əli oğlu Quliyev agentliyə rəis müavini təyin olunub.

Qeyd edək ki, Əkbər Quliyev sözügedən agentlikdə baş məsləhətçi vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi çalışıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir./axar.az/



Oxşar Xəbərlər

Xəbər lenti