Zakir Fərəcovdan şübhəli 130 minlik müqavilələr — FAKTLAR

Sumqayıt Şəhər İcra Hakimiyyəti tender elan olunduğu tarixdə yaradılan şirkəti qalib edib.

Sozcu.info-nun məlumatına görə, qurum başçısının Hacı Zeynalabdin qəsəbə nümayəndəliyi yaşıllıqların satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurub. Qalib “Fronsen 2005” MMC olub və təşkilatla 75,900 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Maraqlıdır ki, “Fronsen 2005” MMC tenderin elan olunduğu tarixdə - 15.05.2023-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, yaşayış sahəsi V (Yeni Günəşli qəs.), ev 6, m. 28, qanuni təmsilçisi Fədakar Mürşüdov Müqəddəs oğludur.

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə nümayəndəliyinin 15.05.2023  tarixində elan etdiyi bir digər tenderin (Hacı Zeynalabdin Parkında abadlaşdırma işləri) qalibi isə elandan 15 gün öncə yaradılmış (28.04.2023) “Edertonmer LL” MMC olub və onunla 52,908 min manat məbləğində müqavilə imzalanıb.

Həmin şirkət də Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, lakin öncəki şirkətdən fərqli olaraq yaşayış sahəsi D, ev 10, m. 29 ünvanında qeydiyyatdadır. “Edertonmer LL” MMC-nin qanuni təmsilçisi isə Quliyev Ramil Zahid oğludur.

Hər iki şirkətin məhz eyni qəsəbədə yerləşməsi də diqqət çəkən məqamlardan biridir.



Oxşar Xəbərlər

Xəbər lenti