UN DEYİL.. QOĞAL DA OLMAYIB: "Çörək Tofiq"in gerçək nağılı - İLGİNC İDDİALAR

UN DEYİL.. QOĞAL DA OLMAYIB: "Çörək Tofiq"in gerçək nağılı
Ulu Öndər 2003-cü ildə Tofiq Hüseynli haqqında nələr dedi… Gəlin görək haqqında bəhs etmək istədiyimiz Tofiq Hüseynli kimdir, nəçidir..? Məsələyə bir az uzaqdan başlayaq. Qısaca, onu qeyd edək ki, əslən Qubadlıdan olan bu adam 1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatında sex rəisi işləyib, 1992-ci ildə bu müəssisənin bazasında yaradılan səhmdar cəmiyyətin sədri seçilib.
Fikir verdinizmi, bu adam heç kombinatın direktoru da işləməyib, sadəcə sex rəisi olub, amma bir neçə il sonra Sumqayıt boyda şəhərin çörək kombinatını ələ keçirib, guya səhmdar cəmiyyət yaradıb-filan.. Həm də neçənci ildə…1992-ci ildə…Cəbhəçilərin vaxtında.. 1992-ci ildə heç özəlləşməyə düz əməlli start verilməmişdi, amma bu adam dövlətin və xalqın mülkiyyətini qısa vaxtda ələ keçirə bilib…
Bu gün Tofiq Hüseynlidən soruşan lazımdır ki, çörək kombinatındakı digər yüzlərlə səhmdarın haqqını neylədin..? Onlar həmin kombinatda illərlə can qoymuşdular…Onların haqqını necə yedin..? Yeri gəlmişkən, Ulu Öndər 2003-cü ildə Sumqayıtda keçirdiyi müşavirədə demişdir ki, Sumqayıtda özəlləşdirmədə ciddi problemlər olub… Bu məsələyə bir azdan qayıdacağıq.
Sözümüzün canı odur ki, bu adam o boyda çörək kombinatını zəhmətlə qazanmayıb, sadəcə ələ keçirib. İndi hər yerdə halallıqdan danışır… Bu hələ harasıdır..?
Normal təhsili, savadı olmayan Tofiq Hüseynli 2000-ci ildə 40 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilmiş və II çağırış Milli Məclisin üzvü olmuşdu. Sözün düzü, belə bir adamın deputat olması özü bir möcüzə idi və növbəti seçkidə seçicilər onu baykot etdilər.
“Çörək Tofiq” hər yerdə deyir ki, 1993-cü ildə Qubadlılar qaçqın düşəndə hamısına iş vermişəm, çörək vermişəm və s. Birincisi, adam verdiyini deməz, ikincisi, sən çörək verən idinsə, kombinatın işçilərini niyə çörəksiz qoyurdun..? Biz hələ Tofiq Hüseynlinin Sumqayıtda çörək satışını inhisara almasından danışmırıq.
Bu adam Bakıdan gətirilən çörəklərə qadağa qoyub. Adama deyərlər ki, sən kimsən, nəçisən inhisar yaradırsan..? Yuxarıda qeyd etdiyimiz kimi Ulu Öndər 2003-cü ildə Sumqayıtdakı müşavirədə Tofiq kimilərin yaxşıca dərsini vermişdi. Xatırlatma üçün qeyd edək ki, həmin müşavirədə Sumqayıtın o zamankı deputatları Tofiq Hüseyli, Xıdır Alovlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Təvəkkül Məmmədov, “Azərkimya”nın rəhbəri Fikrət Sadıqov, iş adamı Zaman İsgəndərov da iştirak edirdi.
Ulu Öndər çıxışında qeyd edirdi ki, bizə Təvəkkül Məmmədov haqqında anonim məktublar daxil oldu. Nə bilim, o pis işləyir, vəzifəsini icra edə bilmir, haradasa gedib katibəsinin toyunda kefli olubdur, neyləyibdir. Bəli, digər tərəfdən, guya o, narkotik qəbul edir, nəşə çəkir və s. Sonra Ulu Öndər qeyd edir… Mənə deyiblər, Sumqayıtda bir neçə qrup var, onların əlində böyük kapital var. Onlardan biri Fikrətdir, biri Tofiq Hüseynlidir, bir neçə başqaları da var. Zaman var.
Deyirlər bütün ticarət, 30 ildir Sumqayıtın ticarəti onun əlindədir. Sovet vaxtında olub, indi özəlləşdirilib, hamısı əlindədir. Ümumiyyətlə, burada özəlləşmədə böyük səhvlər var.
Deyirlər ki, burada olan obyektlərin böyük bir hissəsini Fikrət Sadıqovun qoyumları özəlləşdirıblər. Başqa bir hissəsini Tofiq Hüseynli özəlləşdiribdir. Başqa bir hissəsini Zaman İskəndərov özəlləşdiribdir… Tofiq Hüseynlinin bir dəstə qohumu işləyir. Bir dəstə də Zaman İskəndərovun qohumu işləyir və başqalarının qohumları işləyir. Başqa adamlara yer yoxdur!
Bunların həm biznesdə böyük imkanları var, həm də böyük vəzifədədirlər.
Bu vəzifələrdən, bu imkanlardan istifadə edərək, eyni zamanda, bütün qohum-qardaşlarını vəzifələrə doldurublar. Bəs, başqa adamlar kənarda qalır axı. Niyə, nədən ötrü? Fikir verinizmi, Ulu Öndər təkrar-təkrar Tofiq Hüseynlinin adını çəkir, onun neqativ əməllərindən danışır…
Amma bu gün Tofiq Hüseynli özünə “Çörək Tofiq” ləqəbi götürüb, özünü hacı Zeynalabdin Tağıyevin davamçısı hesab edir və s. Ancaq tanıyanlar Tofiq Hüseynlinin kim olduğunu, hansı əməllərə sahib olduğunu gözəl bilirlər.
P.s. Növbəti yazılarımızda Tofiq Hüseynlinin, Zaman İskəndərovun və onların qohumlarının haqqında Ulu Öndərimizin fikirlərinə uyğun olaraq daha böyük araşdırma yazısı dərc edəcəyik, bizi izləyin.
Gündəlik Bakı



Oxşar Xəbərlər

Xəbər lenti