Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Mərkəzi Bankın sabiq sədri, hazırda Baş nazirin müşaviri vəzifəsində çalışan Elman Rüstəmovun qızı Süsən Rüstəmova bu ilin yanvar ayında Londonda təsis olunan şirkətin direktorluğundan uzaqlaşıb.Sozcu.info yeniavaz.com-a istinadla xəbər verir ki, Süsən Rüstəmova bu ilin yanvar ayının 10-da Londonda “64 Belvedere Row Apartments, Fountain Park Way, London, W12 7JF” ünvanında qeydə alınan “Ev LDN Ltd” şirkətinin direktoru təyin olunub.Mərkəzi Bankın sabiq sədrinin qızı qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən bu şirkətin rəhbərliyində cəmi 4 ay qalıb. Bu ilin may ayının 26-da Süsən Rüstəmova “Ev LDN Ltd” şirkətinin direktoru vəzifəsindən kənarlaşıb. Hazırda bu şirkətən Böyük Britaniya vətəndaşı olan Anita Nazanin rəhbərlik edir. Süsən Rüstəmova ilə həmyaşıd (1993-cü il təvəllüdlü) olan Anita Nazanin eyni zamanda “Heradaü Ltd” adlı şirkətə rəhbərlik edir.Məlumat üçün onu da bildirək ki, Elman Rüstəmovun 1981-ci il təvəllüdlü digər qızı Günel Rüsəmova da Londona fəaliyyət göstərən “Gyunel Limited” şirkətinə rəhbərlik edir.“Gyunel Limited” şirkəti 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçib.2007-2021-ci illərdə bu şirkətin digər bir rəhbəri Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə olub.Onu da bildirək ki, Elman Rüstəmovun qızı Günel Rüstəmova Əhməd Əhmədzadənin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə ilə evlidilər.