Bu gün, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
REAL Partiyasının sədri İlqar Məmmədov özünün sosial media hesabında Azərbaycanda bir sıra seçki dairələrinin ləğv olunacağını və yenilərinin yaradılacağını bildirib. Sozcu.info Yenisabah.az-a istinadla xəbər verir ki, partiya sədri ləğv ediləcək 3 seçki dairəsinin adını açıqlayıb.Onun sözlərinə görə, 114 saylı Şəki kənd birinci seçki dairəsi (bu dairədən Əli Məsimli deputat seçilib) 76 saylı Lənkəran-Astara seçki dairəsi (bu dairənin deputatı Ziyafət Əsgərovdur) və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi (Fəzail İbrahimli) ləğv ediləcək. Partiya sədri iddia edib ki, Sumqayıtda 2, Abşeronda isə 3 yeni seçki dairəsi yaradılacaq."Bunları haradan bilirik? Sözügedən o 3 dairədə partiyamızın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var və dünən MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirdi", - o vurğulayıb.REAL sədri Mərkəzi Seçki Komissiyasının (MSK) qərarının doğru olduğunu bildirib.Məsələ ilə bağlı MSK ilə əlaqə yaratmaq mümkün olmayıb.