10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Naxçıvanlılar dərdini kimə deməlidir:
Vasif Talıbovun mandatı niyə əlindən alınmır? - HƏQİQƏTƏN DƏ...
Azərbaycan Respublikası Milli Məclisinin deputatları vaxtaşırı yerlərdə qəbullar keçirir, seçicilərlə görüşür, onların problemləri ilə maraqlanırlar. Mediada, sosial şəbəkələrdə millət vəkillərinin seçicilərlə görüşünü əks etdirən xəbərlərə, fotolara və videolara tez-rez rast gəlirik. Əksər deputatlar Milli Məclisdə də vətəndaşları qəbul edir, onların şikayətlərini dinləyib aidiyyəti üzrə çatdırır, problemlərin həllinə nail olurlar.
Son vaxtlar redaksiyamıza göndərilən məktublardan bir neçəsi Naxçıvanın deputatlarının yerlərdə keçirdikləri, daha doğrusu keçirmədikləri qəbullar barədədir. Mövzunun aktuallığını nəzərə alıb jurnalist araşdırması apardıq.
Əvvəla qeyd edək ki, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Milli Məclisində 7 deputat təmsil edir. 1 saylı Şərur-Sədərək seçki dairəsindən Vasif Talıbov, 2 saylı Şərur seçki dairəsindən İsa Həbibbəyli, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən Səttar Möhbalıyev, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Eldar İbrahimov, 5 saylı Şahbuz-Babək seçki dairəsindən Siyavuş Novruzov, 6 saylı Culfa-Babək seçki dairəsindən Ülviyyə Həmzəyeva, 7 saylı Orbubad-Culfa seçki dairəsindən isə Cəbi Quliyev Milli Məclisə deputat seçilib.
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu deputatların əksəriyyəti yerlərdə seçicilərlə az-az görüşür, qəbullar təşkil etmir. Bəzi millət vəkillərini isə son bir ildə ümumiyyətlə seçildiyi dairənin ərazisində görən olmayıb.
Millət vəkillərinin yerlərdə nə vaxt qəbul keçirdiyini öyrənmək məqsədilə deputat köməkçiləri ilə əlaqə saxladıq.
“Eldar müəllim Naxçıvana gələndə qəbul keçirir”
Deputat Eldar İbrahimovun köməkçisi Fətulla Hüseynov millət vəkilinin sonuncu dəfə bu ilin mart ayında seçiciləri ilə görüşdüyünü bildirdi. Ancaq qəbulun dəqiq tarixi tapıb deyə bilmədi. Köməkçinin sözlərinə görə, mart ayından əvvəl deputat bu ilin yanvar ayında Naxçıvan şəhərində qəbul keçirib.
“Eldar müəllim Naxçıvana gələndə qəbul keçirir”, - köməkçi bildirdi.
Köməkçinin sözlərindən belə başa düşüldü ki, Eldar İbrahimovun nə vaxt Naxçıvana yolu düşsə, seçiciləri ilə də həmin vaxt görüşür. Halbuki, Milli Məclisin deputatı ayda iki dəfədən gec olmayaraq, qəbul keçirməldir. Naxçıvan şəhər sakinləri isə bunun əksini deyir. Muxtar respublikanın paytaxtında yaşayanlar səs verib deputat seçdikləri Eldar İbrahimovu uzun müddətdir ki, görmürlər.
“Yalançı olaram, niyə ki...”
Deputat Səttar Möhbalıyevin köməkçisi Rizvan Hüseynquliyev millət vəkilinin sonuncu dəfə seçildiyi dairənin ərazisində nə vaxt qəbul keçirdiyini xatırlamadı.
1991-ci ilədək Azərbaycan Həmkarlar İttifaqı, adı üstündə, zəhmətkeşlərin səsini eşitməyən həm karlar ittifaqı idi. 1991-ci ildən sonra isə Səttar Möhbalıyev oranı qapısında əlillərin özünü yandırdığını görməyən və ərşə yüksələn fəryadları qulaq ardına vuran həm korlar, həm də karlar ititfaqına çevirdi.
“Yalançı olaram. Niyə ki. Nəsə məsələ var?” – köməkçi sualımıza duruxaraq cavab verdi.
“Səttar Möhbalıyev uzun müddətdir, seçildiyi dairənin ərazisində qəbul keçirmir” sualını köməkçi belə cavablandırdı: “Xeyr, o qədər uzun müddət deyil”.
Köməkçi deputatın keçirdiyi qəbulların vaxtını dəqiqləşdirib bizə söyləyəcəyinə söz verdi. Amma sonra nə Rizvan Hüseynquliyev redaksiyamızla əlaqə saxladı, nə də biz deputat köməkçisini tapa bildik.
Köməkçi vaxtı necə dəqiqləşdirsin? Axı deputat seçiciləri ilə görüşməyib ki, köməkçi qəbullar barədə məlumat verə bilsin. Həmin dairənin əhatə etdiyi bir neçə şəhər, qəsəbə və kənddə yaşayan seçicilərlə əlaqə saxladıq. Sonuncu parlament seçkilərindən sonra Səttar Möhbalıyevi ərazidə gördüm deyən olmadı.
“Bu sizi niyə narahat edir?”
Siyavuş Novruzovun köməkçisi Cahangir Məmmədli isə suallarımızı cavablandırmaq istəmədi.
“Siyavuş Novruzov sonuncu dəfə 5 saylı dairənin ərazisində yaşayan seçiciləri nə vaxt qəbul edib” sualını Cahangir Məmmədli cavablandırmaqdan imtina etdi: “Mən onu sizə deyə bilmərəm. Biz Milli Məclisə hesabat veririk. Biz kütləvi informasiya vasitələrinə hesabat vermirik ki? Bu sizi niyə narahat edir?”.
Köməkçiyə xatırladırıq ki, Siyavuş Novruzovun seçicilərini qəbul etməməsi bizi deyil, deputatın özünü narahat etməlidir. Şahbuz və Babək rayonlarının sakinləri Siyavuş Novruzova ona görə səs veriblər ki, onları Milli Məclisdə təmsil etsin, insanları dinləyib problemlərini parlamentdə qaldırsın. Ancaq təəssüf ki, Siyavuş Novruzovun sonuncu dəfə Şahbuz rayonuna nə vaxt getdiyini xatırlayan yoxdur. Əgər vətəndaş deputatını tapa bilmirsə, o zaman şikayətini necə çatdırmalıdır?
Hə, bir də “Media haqqında” Qanunun müvafiq maddəsini deputat köməkçisinə xatırladırıq. Əslində, bunu deputat köməkçisi bilməlidir. Çünki bu qanunları Milli Məclisdə deputatlar qəbul edir. “Media haqqında” Qanunun 17.1. maddəsində yazılıb: “Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz”.
Hesab edirik ki, bizim ünvanladığımız suallar cavablandırılması qanunla qadağan edilmiş, yaxud xüsusi əhəmiyyətli məxfi informasiya deyildi. Biz sadəcə olaraq, deputatın fəaliyyəti ilə bağlı seçiciləri narahat edən məsələlərə aydınlıq gətirmək istəyirdik.
“Medianın suallarını cavablandırmırıq”
Suallarımızı cavablandırmaq istəməyən deputat köməkçilərindən biri də İsa Həbibbəylinin köməkçisi Rəşad Qasımov oldu. Akademik deputatın köməkçisi medianın suallarını cavablandırmadıqlarını bildirdi. Deputat köməkçisi Milli Məclisə müraciət etməyimizi məsləhət gördü.
“Deputat İsa Həbibbəyli uzun müddətdir, yerlərdə qəbul keçirmir? İsa Həbibbəylinin seçildiyi dairənin ərazisində deputat ofisi varmı?” suallarını cavabsız qoyan Rəşad Qasımov telefonu söndürdü.
Deputatların muxtar respublikaya gedib orada qəbul keçirə bilməməsinin xüsusi səbəbləri varsa, bu, başqa məsələdir
Hörmətli oxucular bu söhbətdən nəticə çıxarsın. Əgər bu millət vəkilləri yerlərdə qəbul keçirirsə, köməkçiləri informasiya agentliyimizin suallarına niyə cavab verə bilmir? Deməli, deputatalar xeyli vaxtdır ki, Naxçıvana getmir və orada qəbullar keçirmirlər. Doğrudur, Naxçıvan blokada vəziyyətində yaşayır. Amma Azərbaycan dövlətinin yaratdığı şərait nəticəsində indi muxtar respublikaya gedib-gəlmək o qədər çətin deyil. Məsələn, Gəncəyə 4 saata, Qazaxa 5-6 saata, Astaraya 3-4 saata gedə biliriksə, Naxçıvana uçuş müddəti cəmi 1 saatdır. Millət vəkilinin muxtar respublikaya gedə bilməsi üçün naxçıvanlıların ən böyük problemi olan bilet dərdi yoxdur. Onlar istədiyi vaxt, istədiyi təyyarə reysi ilə Naxçıvana gedə bilirlər. İndi deputatların muxtar respublikaya gedib orada qəbul keçirə bilməməsinin xüsusi səbəbləri varsa, bu, başqa məsələdir.
Yuxarıda qeyd etdiyimiz kimi, deputat köməkçilərinin bəziləri Milli Məclisə müraciət etməyimizi “məsləhət” bilmişdi.
Milli Məclisdə təəccübləndilər
Biz də köməkçilərin “tövsiyəsinə” əməl edib Milli Məclislə əlaqə saxladıq. Parlamentin Qəbul şöbəsinin əməkdaşı Rüfət Məmmədov deputat köməkçilərinin bizi Milli Məclisə yönləndirməsinə təəccübləndi. Bildirdi ki, deputatların yerlərdə keçirdiyi qəbullarla bağlı məlumatları elə ən yaxşı köməkçilərin özləri bilir. Çünki bu qəbulların təşkilatçısı deputat köməkçiləridir.
Bəs Naxçıvanda yaşayan deputatlar qəbul keçirirmi?
İnsafən deyək ki, 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputat Cəbi Quliyev ara-sıra seçiciləri ilə görüşür, vətəndaşları qəbul edir.
Millət vəkilinin seçicilərlə görüşlərindən foto və videolar onun sosial şəbəkə hesablarında da yayımlanır.
Təəssüf ki, bu sözləri 6 saylı dairədən seçilmiş deputat Ülviyyə Həmzəyeva barədə deyə bilmirik. Ona görə ki, millət vəkili ilə əlaqə yarada bilmədik, onun sosial şəbəkə hesablarında isə belə görüş və qəbulları əks etdirən məlumat, foto və videolara rast gəlmədik.
Xatırladırıq ki, Cəbi Quliyev və Ülviyyə Həmzəyeva Naxçıvanda yaşayırlar. Yəni onların tez-tez seçici qəbulu keçirməsi daha rahat və asandır.
Yazıda adıçəkilən millət vəkillərinin də mövqeyini işıqlandırmağa hazırıq. Bəlkə, deputatlar qəbul keçiriblər onların köməkçilərinin bundan xəbəri yoxdur?
Ovqat.com-un əlavəsi
Maraqlıdır ki, TNS saytı Naxçıvan MR-dan Milli Məclisə seçilən bütün deputatların seçiciləri ilə görüşüb-görüşmədiyini araşdırmasına baxmayaraq, nədənsə 1 saylı Şərur-Sədərək seçki dairəsinin təmsilçisi Vasif Talıbovu unudub. Halbuki, Vasif Talıbov nəinki Azərbaycan, hətta dünya miqyasında seçicilərin 96.74%-nin səsini toplamaqla rekord qıran nadir deputatlardandır. Məntiqlə seçiciləri tərəfindən bu qədər sevilən deputatın bu misilsiz uğuru əldə edə bilməsi üçün gecə-gündüz onların yanında olması, onlarla bərabər nəfəs alıb-verməsi tələb olunur. Bəs, Cənab sədr həqiqətənmi MR-in digər deptatlarından fərqli olaraq bu performansı sərgiləyirmi? Zənnimizcə, oxucuları ən çox maraqlandıran bu sual olmalıdır. TNS-in isə nədənsə bu sual ağlına gəlməyib.
Ən əsası isə, Vasif Talıbov o deputatlardandır ki, nəinki seçiçilərinin görüşünə getmir, hətta özünə əziyyət verib Milli Məclisin sessiyalarına da qatılmır. Halbuki, parlamentin Daxili Nizamnaməsinin 1-ci maddəsinə görə, “Milli Məclisin deputatlarının Milli Məclisin iclaslarında iştirakı məcburidir”. Nizamnamənin 47-ci maddəsinə görə, bu öhdəliyi yerinə yetirməyən deputatlar cəzalandırılır və onun mandatı əlindən alınır. Maddədə deyilir:
“Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzürsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Milli Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir”.
Ümidvarıq ki, TNS növbəti yazılarında bu məsələyə də aydınlıq gətirəcək.
Naxçıvandan seçilən digər deputatlar da seçiciləri ilə görüşməyə lüzum görməsələr də, onların mütləq əksəriyyətinin səsini ala bilirlər. Maraqlıdır ki, onların topladığı səs nisbəti 1-ci seçki dairəsindən 7-ci dairəyə qədər həndəsi silsiləyə uyğun şəkildə birqayda olaraq azalır. Bu da görünür, Naxçıvanvari siyasi simmetriya qanunauyğunluğundan irəli gəlir.
1 saylı Şərur- Sədərək Seçki Dairəsi - Vasif Talıbov (YAP) - 94.6 %
2 saylı Şərur Seçki dairəsi - İsa Həbibbəyli (YAP) – 86.3 %
3 saylı Babək-Kəngərli- Naxçıvan Seçki Dairəsi - Səttar Möhbalıyev (bitərəf) - 83.2 %
4 saylı Naxçəvan Şəhər Seçki Dairəsi - Eldar İbrahimov (YAP) – 84.9 %
5 saylı Şahbuz-Babək Seçki Dairəsi - Siyavuş Novruzov (YAP) - 81 %
6 saylı Culfa-Babək Seçki Dairəsi - Ülviyyə Həmzəyeva (YAP) - 69.5 %
7 saylı Ordubad-Culfa Seçki Dairəsi - Quliyev Cəbi (YAP) – 63.5 %.
Yeri gəlmişkən, Naxçıvan MR-dən seçilən deputatlar arasında seçiciləri ilə ən çox görüşən Cəbi Quliyevin onlardan ən az səs alan millət vəkili olması da diqqətçəkicidir. Belə çıxır ki, Naxçıvan əhali onlarla görüşə gələn deputatdan xoşlanmırlar. Bax, bu baxımdan Naxçıvanı “dünyanın 8-ci xariqəsi” adlandıranlar yanılmırlar. //ovqat.com//
Oxşar Xəbərlər
Onlar 20 ildir deputat seçilirlər - SİYAHI
Vasif Talıbov, Səttar Mehbalıyev, Siyavuş Novruzov, Eldar İbrahimov...
Dörd rektor bu gün istefa verəcək
Deputatlığa namizəd Bakıda yoxa çıxıb
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…