Tehrandan Bakıya hədə: Hərbi gücə əl ata bilərik


Ermənistanla sərhədi saxlamaq və Ermənistanın ərazi bütövlüyünə hörmət etmək İranın qırmızı xəttidir, lakin təəssüf ki, Azərbaycan sionist rejim (İsrail nəzərdə tutulur - red.), Türkiyə və Səudiyyə Ərəbistanının əməkdaşlığı ilə regionun coğrafiyasını dəyişməyə çalışır.

Sozcu.info bildirir ki,  bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydəri İran mediasına açıqlamasında deyib.

"Bölgənin geosiyasətindəki dəyişiklik İranın qırmızı xətlərindən biridir və biz çox yaxşı qonşu olan Ermənistan ilə ümumi sərhədlərimizdə heç bir dəyişikliyi qəbul etmirik. Bu ölkə ilə uzaq keçmişdən sülh münasibətləri olub", - o bildirib.

Heydəri qeyd edib ki, Azərbaycanın regionda gərginlik yaradacaq addımlar atmaması daha yaxşıdır:

"Lazım gəlsə, İran da belə bir halın qarşısını almaq üçün hərbi gücə əl atacaq, lakin bizim Azərbaycana tövsiyəmiz budur ki, Ermənistanla problemlərini diplomatik vasitələrlə həll etmək daha yaxşıdır. İran da Ermənistan və Azərbaycan arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib".

O qeyd edib ki, ən yaxşı yol diplomatiyadır, əgər Azərbaycan sionist rejim və ABŞ-ın mövcudluğuna uyğun olaraq İran sərhədlərində addımlar atsa, İran mütləq reaksiya verəcək.

Xatırladaq ki, "ABŞ-ın mövcudluğu üçün" Ermənistan çalışır və regiona xarici oyunçuları dəvət edən də Ermənistandır. ABŞ-ın hərbi qüvvələrinin hazırda Ermənistanda təlimləri davam etdirdiyini nəzərə alsaq, Heydərinin bu açıqlaması sadəcə, məntiqdən və siyasi diplomatiyadan kənar həyasızlıqdır.

axar.az



Oxşar Xəbərlər

Xəbər lenti