AZAL-a aid sığorta şirkəti 11 milyon manata yaxın kiçilib, mənfəəti azalıb


“İpək Yolu Sığorta” ASC 2023-cü ilin ilk yarısını 373,5 min manat xalis mənfəətlə bitirib.

“Yeni Sabah”ın hesablamasına görə, sığorta şirkətinin xalis mənfəəti 2022-ci ilin eyni dövrünə nisbətən 21,9% azalıb. Belə ki, sığorta şirkəti 2022-ci ilin ilk yarısını 478,1 min manat xalis mənfəətlə bağlamışdı.

 Sığorta şirkəti bu 33%-dən çox kiçilib. Belə ki, 2023-cü ilin iyulun 1-nə “İpək Yolu Sığorta”nın cəmi aktivləri 32,2 milyon manatdan 21,5 milyon manata kimi, yəni 10,7 milyon manat azalıb. Bundan əlavə, şirkətin cəmi öhdəlikləri 2,6 dəfə azalaraq 6,35 milyon manata, cəmi kapitalı isə 2% azalaraq 15,19 milyon manata enib.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

 



Oxşar Xəbərlər

Xəbər lenti