Tezliklə Azərbaycan bayrağı İrəvanda dalğalanacaq! - ŞOK AÇIQLAMA


“Tayfabazlıq, korrupsiya, sosial cəhətdən qütbləşmiş cəmiyyət, talan edilmiş mədənlər və dövlət büdcəsi, ödənilməyən kreditlər, saxtalaşdırılmış seçkilər - Ermənistanın müstəqilliyinin 30 ilində biz belə bir dövlət qurmuşuq”.

Sozcu.info Caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sarkisyan feysbuk səhifəsində yazıb.

“Məhz bu səbəbdən milyonlarla erməni “vəd edilmiş torpaqları” tərk etdi. Ona görə Qarabağda uduzduq, ona görə də 2018-ci ildə “məxməri inqilab”ın siyasi teatrı səhnəyə qoyuldu, “millətin xilaskarı” küçədən hakimiyyətə gətirildi. Əgər yaxın illərdə Ermənistan dövlətinə baxış dəyişməsə, qanun diktaturası bərqərar olunmasa, korrupsiyaya və qohumbazlığa son qoyulmasa, o zaman Azərbaycan bayrağı İrəvanda, hökumət binasında dalğalanacaq”, - deyə jurnalist qeyd edib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti