İranlı nazirdən Zəngəzurla bağlı SON DƏQİQƏ açıqlaması


“Biz dəfələrlə Zəngəzur dəhlizi ilə razı olmadığımızı bildirmişik, Azərbaycanın müxtəlif rəsmilərilə görüşlərdə də bunun əleyhinə olduğumuzu demişik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanda jurnalistlərlə söhbətində İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.

NAZİR İRAN.jpg (57 KB)

“Bizim siyasətimiz Qafqazda sülhə əsaslanır və biz istənilən xarici müdaxiləni pisləyirik. İnanırıq ki, region ölkələri özləri üçün ən yaxşı qərarları verə biləcəklər. İran həmişə Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək. İki ölkə arasında yaradılan infrastrukturlar qonşu dövlətlər arasında sabit sülhün bərqərar olmasına yönəlib”, - M.Bəzrpaş bildirib.

O xatırladıb ki, bu yaxınlarda İran ərazisindən Naxçıvana qədər uzanan Araz dəhlizi ilə bağlı Azərbaycanla razılıq əldə olunub. Bəzrpaşın sözlərinə görə, Ermənistan İran üçün çox vacibdir və o, Şimal-Cənub dəhlizində əsas rol oynaya bilər.

Qeyd edək ki, bir müddət öncə iranlı nazir Azərbaycanda səfərdə olmuşdu.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}