27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə etiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər Əliyevin 100 illik yubileyini, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə qeyd etmək istəmirik. Biz bunu xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd etmək istəyirik, çünki regiondakı geosiyasət dəyişib və konfransın mövzusu da bu məsələni əhatə edir.
Keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Amma mən bilirəm, siz bizimgörüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır.
Əgər bu belə olsaydı, onlar onu saxlayardılar, şəhəri dağıtmazdılar, onu inkişaf etdirərdilər. Sizin gördükləriniz və ya görəcəklərinizin əksəriyyəti, binalar ya son iki il yarım ərzində bərpa olunub, ya da sıfırdan tikilib. Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik. Təkcə Azərbaycan vətəndaşları yox, bütün əzərbaycanlılar buna sevinir.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir.
Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.
Biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq.
Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq.
Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər.Nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar.
Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar.
Kommunikasiyaların açılması Ermənistanın da marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik.
Azərbaycan sülh mövqeyindən çıxış edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.
Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, atəşkəsdən sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi.
Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdü. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən onlar üçün çətin idi. Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən uzun fasilə oldu.
ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, mövcud məsələdə ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır.
Əgər rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycandiplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Ermənistan yenə də təcrid olunacaq.
Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib.
Assosiasiya sazişi, sözün əsl mənasında, saziş deyil. Bu, sadəcə, bir sözdür. Bu, həmin formata qoşulmuş ölkələrə təqdim olunmuş, sadəcə, təlimatlardan ibarət bir siyahıdır. Azərbaycan Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq saziş və bəyannamə imzalayıb.Azərbaycan əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçib. Ukrayna və Gürcüstan 15 il NATO-ya üzv olmağa çalışırlar. Azərbaycan isə ordusunun gücünə görə NATO-nun ikinci dövləti olan Türkiyə ilə saziş imzalayıb.Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib.Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. İstənilən ölkənin, xüsusilə qonşu ölkənin parçalanması, potensial təhlükə törədə bilər.Cənubi Qafqazda Azərbaycan bütün dönəmlərdə - Sovet İttifaqı dönəmində, Çar Rusiyası dönəmində və ondan əvvəl həmişə Şimali Qafqaz xalqlarına tarixi əlaqələr, dini əlaqələr, qohumluq əlaqələri kimi bir çox əlaqələr baxımından ən yaxın olmuşdur. Azərbaycan hər zaman Dağıstan və Çeçenistandakı qardaşlarımızın öz böyük potensialını tam həyata keçirmək imkanında olmasını istəyib. Bu gün bizim çox fəal qarşılıqlı əlaqə formatımız var. Bu iki respublikadan Azərbaycana və Azərbaycandan oraya müxtəlif səviyyələrdə çoxlu nümayəndə heyətləri gəlir. Biz əməkdaşlıq haqqında sazişlər imzalamışıq və sadəcə, bu yaxınlarda Dağıstanla bir neçə illik proqram imzalanmışdır.Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir. Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyalar həmişə vacib amil rolunu oynayıb. Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşürlər və çoxsaylı yüksək səviyyəli təmaslarda həmişə Şimali Qafqazda və Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sabitlik və sülhün vacibliyi qeyd olunur.Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə olundu. Proses bu yaxınlarda başlayıb və 1,5 milyon ton neftin təchizi və onun Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinin sahilinə nəqli üçün müqavilə imzalanmışdır. Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir.Azərbaycan tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dialoq fəal şəkildə inkişaf edir.Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədənəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir.Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var. Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə, onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi.Azərbaycan xalqı beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü görüb və Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Ədalətsizlik aradan qaldırılmalıdır və təkcə keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə deyil, bütün digər ölkələrə münasibətdə də vahid standart yanaşma şamil edilməlidir.Beynəlxalq riyakarlıq. Dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma “Dağlıq Qarabağ”ı Fransa parlamentinin iki palatası tanıyıb.Azərbaycanda heç kim 907-ci düzəlişi xatırlamır. Çünki birincisi, bizim artıq bu yardıma ehtiyacımız yoxdur. İkincisi, bu, Prezident Klinton tərəfindən müvəqqəti olaraq ləğv edilmişdi və ondan sonra gələn prezidentlər bunu davam etdirirlər. Bu, faktiki olaraq onu göstərir ki, məsələ həll olunub.Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır.Bakı-Tbilisi-Ceyhanın tutumu 50 milyon tondur. Bu, heç vaxt belə olmayıb, bəlkə bir il buna yaxın olub. Lakin indi bizə Mərkəzi Asiyadan, Rusiyadan neft nəql olunur, bu mənbələrdən daha çox neft nəql olunacaq. Gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadan neft sayəsində tam gücü ilə işləyəcək.Azərbaycan maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcək. Bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var.Tamamilə aydındır ki, dünya heç vaxt Rusiya-Ukrayna müharibəsinə qədər olduğu kimi olmayacaq. Bir çox Avropa ölkəsi, NATO üzvləri üçün aydındır ki, onlar təhlükəsizlikləri və müdafiə qabiliyyətləri ilə bağlı daha ciddi tədbirlər görməli idilər. Çünki onlar özləri rəhbərlik səviyyəsində etiraf ediblər ki, özlərini müasir silahlar, sursatlarla təchiz etmək üçün kifayət qədər iş görməyiblər. Geosiyasi dəyişiklik Avropanın, dünyanın hərbiləşməsinə gətirib çıxaracaq.Biz Azərbaycanda uzun illər əvvəl dərk etdik ki, bizə heç kim kömək etməyəcək. Bizim beynəlxalq hüququn üstünlük qazanacağı ilə bağlı bütün illüziyalarımız yoxa çıxdı. Biz dərk etdik ki, əgər güclü Ordumuz olmasa, gənc nəsli təkcə torpaqları uğrunda deyil, həm də öz şərəfləri uğrunda mübarizə aparmaları üçün hazırlamasaq həmişə işğal altında olacağıq.“Bir kəmər, bir yol” təşəbbüsü həmişə Azərbaycan tərəfindən dəstəklənib. Azərbaycan xüsusilə indi bu layihənin mühüm hissəsi hesab olunur. Mərkəzi Asiya tərəfindən bizim infrastrukturumuzu istifadə etməyə böyük maraq var və ötən ilin sonunda Çin, Qırğızıstan, Özbəkistan və Xəzər arasında yeni dəmir yolu əlaqəsinin qurulmasına başlanılıb. Hazırda Xəzərin şərq sahillərində və ümumiyyətlə Mərkəzi Asiyada tərəfdaşlarımızla birlikdə vahid tariflərin müəyyən olunması üzərində, bu yolun təkcə nəqliyyat təhlükəsizliyi baxımından deyil, həm də kommersiya baxımından əhəmiyyətli olması üzərində işlər aparılır.Razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır. Rusiya-Ukrayna müharibəsindən əvvəl biz keçmiş Minsk qrupu həmsədrlərinin yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduq. Lakin qətiyyətlə buna qarşı çıxdıq. Minsk qrupu uğursuzluğa düçar oldu, 1992-ci ildən 2020-ci ilədək heç bir nəticə əldə etmədi. Nəticə faktiki olaraq neqativ idi. İşğal dövründə qondarma danışıqların sonunda biz aydın başa düşdük ki, Minsk qrupunun həmsədrləri, sadəcə olaraq, status-kvonu saxlamaq istəyirdilər ki, bu da onlar və Ermənistan üçün rahat idi.Azərbaycan hər zaman İran ilə olan əlaqələri inkişaf etdirməyə çalışıb. Qarşılıqlı səfərlər daim olub. Bizim çox fəal ticarət əlaqələrimiz olub. Biz nəqliyyatla bağlı məsələlərdə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fəal işləmişik və bu əlaqələrin böyük potensialı var. Çünki qonşularla yaxşı əlaqələrin olması hər zaman yaxşıdır, xüsusilə tarixdə xatırlanası çox məqam olanda.İşğal dövründə bizim İrandan daha çox gözləntilərimiz var idi. İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs veriblər. Bununla belə, Azərbaycanda yaşayan insanlar kimi, biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi.Biz İran yük maşınlarının, dövri olaraq, Qarabağa hərəkət etdiyini ifşa etdik. Bu, tamamilə qanunsuz idi, çünki İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu cür işlərlə məşğul olmalı deyildi.İrandan Azərbaycana qeyri-qanuni daşımalar davam etdiyi üçün İrana diplomatik nota verildi. İran səfiri Xarici İşlər Nazirliyimizə dəvət olundu və məsələ ictimai qaydada açıqlandı. Lakin, əfsuslar olsun ki, daşımalar dayanmadı və hətta daha intensiv forma aldı. Hətta İran bizim sərhədə yaxın hərbi təlimlər təşkil etməyə başladıqda, biz bunu da emosional addım kimi dəyərləndirdik.Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bizim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir. Azərbaycan səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edir.Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi. Bir neçə gündən sonra terror aktını törədən qrup yaxalandı. Bizim hüquq mühafizə qurumlarımız çox səmərəli işləyir. Bu əməl “qırmızı xətti” keçmək deməkdir. Bu, ciddidir, terror hesab edilir.İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir. Onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze ölkələrimiz arasında güclü tərəfdaşlığın və əməkdaşlığın bünövrəsini qoydular. Onlar sovet dönəmində Azərbaycana və Gürcüstana rəhbərlik edirdilər. Əslində, onlar Gürcüstanla Azərbaycan arasında bugünkü tərəfdaşlığın formatının əsasını qoydular. Təbii ki, bu, Bakı-Supsa boru kəməri ilə başladı. 1990-cı illərin sonunda Prezident Şevardnadze və Prezident Əliyevin iştirakı ilə Supsada məlum açılış mərasimi oldu.Gürcüstan və Azərbaycan arasında daşımalar, enerji və bir çox digər sahələrdə qarşılıqlı əlaqə və tərəfdaşlıq enerji və daşımalar təhlükəsizliyinin vacib meyarıdır. Ölkələrimiz Avropadakı tərəfdaşlarımızla münasibətdə və regionda daha güclü ola bilər.Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır. Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına ölkəmiz təxminən 140 milyon dollar ayırdı. Biz böyük potensialı ciddi şəkildə görürük və qiymətləndiririk, çünki Orta Dəhlizlə Xəzər vasitəsilə Gürcüstanın dəniz limanlarına, sonra isə Türkiyəyə böyük yük axınını öncədən görə bilirik.Qara dənizin dibi ilə kabelin ötürülməsi üçün dörd ölkədən ibarət daha geniş format yaradılıb - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya. Həmin layihənin Məşvərət Şurasının ilk iclası Bakıda, ikinci toplantısı isə Tbilisidə keçirilib. Biz bu layihəyə daha böyük perspektivdən baxırıq və onu sadəcə “Qara dəniz kabeli” kimi deyil, Xəzərdəki külək enerjisi stansiyalarından Avropaya enerjini ötürən vasitə kimi qəbul edirik.Avropa İttifaqı Azərbaycanın enerji layihələrini qəti şəkildə dəstəkləyir. Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayenin ötən ilin dekabrında Buxarestdə imzalanma mərasimində iştirakı Avropa İttifaqının layihədə ciddi şəkildə maraqlı olmasından xəbər verir.İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpa edilən enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumlar imzalanıb. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışı bir neçə ay ərzində planlaşdırılır. 700 meqavatdan artıq günəş və külək enerjisini ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır.Birləşmiş Ştatlarla Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi böyük təəssürat bağışlayır. Enerji təhlükəsizliyi məsələləri ilə bağlı olan bütün layihələr Birləşmiş Ştatlar tərəfindən dəstəklənib. Dünya Bankı Bakı-Tbilisi-Ceyhanın tikintisinə vəsaitin ayrılmasını bir il yubatdı, Birləşmiş Ştatlar bizə həmin çətinlikləri dəf etməkdə yardımçı oldu. Birləşmiş Ştatların Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanın planlarına verdiyi dəstək çox əhəmiyyətli oldu. Bizim Birləşmiş Ştatlarla çox dərin münasibətlərimiz var və xüsusən də indi. Heç kəs düşünməməlidir ki, 907-ci düzəliş və bəzi digər məsələlər münasibətlərimizə təsir edə bilər. Onlar xırda məsələlərdir.Təəssüf edirik ki, erməni ailəsi olan senator Menendez hər zaman Azərbaycana hücum çəkir. O, erməni lobbisi deyil, anti-Azərbaycan lobbisidir. Adam Şif kimi insanlar Azərbaycanla bağlı ədavət dolu fikirlər yayır. İndi isə, o, “Dağlıq Qarabağı” tanımaq üçün “qətnamə” çıxarmağa çalışır. Əgər qəbul olunsa, həmin “qətnamə”nin dəyəri Fransa Senatının və Məclisinin qəbul etdiyi “qətnamə”lər qədər olacaq. Lakin Menendez, Şif və ya Şerman kimi adamların olması münasibətlərimizə təsir etməməlidir.Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir. Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq. İstər işğal dövründə, istərsə də müharibə zamanı və ondan sonrakı dövrdə Pakistanın Prezidenti, Baş naziri və digər yüksəkrütbəli məmurları Azərbaycanı dəstəkləmişlər.Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar.Azərbaycan və Çin arasında əla münasibətlər var və görülən işlər həmin əməkdaşlığın inkişafı üçün zəmin yaradır.Orta Dəhliz layihəsi Azərbaycan tərəfindən tam dəstəklənir. Azərbaycan yalnız yük daşımaları üçün tranzit marşrutu olmamalıdır. Biz bu imkandan istifadə edərək, marşrut boyu biznes fəaliyyətini stimullaşdırmalıyıq. Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər.Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilər var. Zonanın güclü qanunvericilik bazası var, qaydalar investorlar üçün cəlbedicidir. İlkin infrastruktur hazırda yaradılır.Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında bəyannamə 10 ildən artıq bundan əvvəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun, sadəcə, necə adlandırılması məsələsi deyil. Burada mahiyyətdən söhbət gedir. Təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək hər kəs bundan faydalanar. Təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır.Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır. Ümumilikdə, Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var - təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. Anlaşma Memorandumuna əsasən, biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. 2021-ci ildə bizim Avropa bazarına təchizatımız təqribən 8 milyard kubmetr idi. Bu il isə bu rəqəm 12 milyard kubmetr olacaq.“Şahdəniz” yatağından əlavə qaz gözlənir. Təqribən dörd ildən sonra “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil ediləcək. “Abşeron” yatağından qaz təchizatının başlanılması ehtimalı var. İlk mərhələdə “Abşeron”dan 1,5 milyard kubmetr əldə edəcəyik. “Azəri-Çıraq-Günəşli” yatağının böyük potensialı var, BP və SOCAR artıq o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, “Ümid” və ”Babək” yataqlarının böyük potensialı var. “Qarabağ” neft yatağımız var və orada da potensial var; Qazın nəqli üçün imkanlar olmalıdır və TAP mütləqgenişləndirilməlidir. Onun səhmlərinin 20 faizi Azərbaycana məxsusdur, bir şirkətdən başqa digərlərinin də payı 20 faizdir. Burada TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik.Özbəkistan ilə əməkdaşlığın mahiyyəti və ruhu unikaldır. Təqribən eyni dildə danışan və eyni dəyərləri paylaşan iki qardaş xalq arasında əməkdaşlıq əlaqələrin qorunması olduqca vacib vəzifədir.
İxdiyar Nəcəfov
Qaraçuxur bələdiyyəsinin sədri
Sozcu.info