Gömrük Komitəsinin sabiq əməkdaşı ilə bağlı QƏRAR


Gömrük Komitəsinin sabiq əməkdaşı ilə bağlı QƏRAR

Ali Məhkəmədə Dövlət Gömrük Komitəsi Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləmiş Ağəli Cəlilzadənin barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Sozcu.info xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edərək 2 il sınaq müddəti olmaqla 6 il şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ağəli Cəlilzadənin barəsində bəraət hökmü çıxarılıb. 

Qeyd edək ki, Ağəli Cəlilzadə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 213-1.2.1-ci (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan edilib. İttihama görə, Dövlət Gömrük Komitəsinə məxsus olmaqla ona etibar olunmuş 158 020,5 manat dəyərində əmlakı mənimsəyib.

pravda.az



Oxşar Xəbərlər

Xəbər lenti