Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya onu 2023-cü ilin sonuna qədər prezidentlikdən uzaqlaşdırmağa sadiqdir.
Hurriyyet.az xəbər verir ki, o, bu barədə “The Sun” nəşrinə müsahibəsində danışıb.
Ukrayna prezidenti onu da bildirib ki, o, neçə sui-qəsd cəhdindən sağ çıxa bildiyini dəqiq bilmir.
Zelenski iddia edir ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Ukraynada sabitliyi pozmağa yönəlmiş “Maydan-3” kod adlı plan hazırlayıb.
"Onların həqiqətən prezidentin (Ukraynanın - red.) dəyişdirilməsi üçün "Maydan-3" planı var. Ola bilsin ki, qətllə deyil, hakimiyyət dəyişikliyi yolu ilə. Onlar bundan istifadə edəcəklər. İdeya bu ilin sonuna qədər yeni bir əməliyyat keçirməkdir, hətta adı da var...”, - deyə Zelenski qeyd edib.
O, həmçinin bildirib ki, genişmiqyaslı işğal başlayandan bəri onu öldürmək cəhdlərinin sayını itirib.
"İlk cəhd çox maraqlı olur və sonra hər şey saat mexanizmi kimi gedir. Birincisi, insanlar nə edəcəklərini bilmirlər və bu, çox qorxulu görünür. Sonra kəşfiyyat sadəcə sizinlə başqa bir qrupun gəldiyinin təfərrüatlarını bölüşür”, - Zelenski bildirib.
O, mjurnalistin fürsət yaranarsa, Ukraynanın Putini öldürmək şansından istifadə edib-etməyəcəyi sualına Zelenski belə cavab verib: “Bu, müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”.
Hurriyyet.az