Gürcüstan hakimiyyəti de-oliqarxizasiya planını elan etdi – 7 İSTİQAMƏT MÜƏYYƏNLƏŞİB


Gürcüstan hökuməti 52 səhifəlik, yeddi istiqamətdən ibarət deoliqarxizasiya planını açıqlayıb.

Hurriyyet.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu, hakim partiyanın Aİ-yə namizəd statusu ilə bağlı əsas tövsiyələrdən birinə cavabdır. Hansı ki, Qərbin əsas tövsiyəsi fərdiləşdirilmiş yanaşma deyil, sistemli yanaşma idi.

Elan edilmiş 7 istiqamət bunlardır:

1. Korrupsiyanın bütün formalarına qarşı mübarizənin gücləndirilməsi və onun qarşısının alınması;

2. Dövlət satınalmaları sahəsində şəffaflığın və hesabatlılığın gücləndirilməsi;

3. Effektiv rəqabət siyasəti;

4. Ədalət prinsipinin bərpa olunması;

5. “Çirkli pullar”ın yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə;

6. Siyasi partiyaların maliyyələşdirilməsinin monitorinqi;

7. Media mülkiyyətində plüralizmin və şəffaflığın gücləndirilməsi.

Tədbirlər planında bu sahələr üzrə artıq görülmüş və planlaşdırılan tədbirlər sadalanır. Məsələn, korrupsiyaya qarşı mübarizəyə gəlincə, burada gəlirləri barədə hesabat verməli olan şəxslərin siyahısını genişləndirmək nəzərdə tutulur. Maraqların toqquşması bəyannaməsi forması da hazırlanacaq.

Partiyaların maliyyələşdirilməsinə gəlincə, hüquqi şəxslərin ianələrinin qadağan edilməsi nəzərdə tutulur.

Mediaya gəlincə, hökumət Avropa qanunvericiliyini təhlil edəcəyini və bu əsasda milli qanunvericiliyə düzəlişlər edəcəyini vəd edir.

Ülviyyə ŞÜKÜROVA

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti