17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Ukraynada genişmiqyaslı müharibə dövründə ölkəyə buraxılmayan, girişi qadağan olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.
"Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, 2022-ci ilin əvvəlindən bu ilin noyabrına qədər 706 Azərbaycan vətəndaşı ölkəyə buraxılmayıb.
Ölkəyə girişinə icazə verilməyənlərin 60 faizinə 3-5 il müddətinə, digərlərinə isə daimi qadağalar tətbiq edilib.
Ümumilikdə, ölkəyə buraxılmayan 706 nəfərin 226-sı bu il, 480 nəfəri isə ötən ilin payına düşür.