26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Tanınmış iş adamı İsgəndərov Cavanşir Əşrəf oğlu məhkəməyə verilib.
Sozcu.info-nun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi C. İsgəndərovla bağlı iddia qaldırıb.
Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - lizinq müqaviləsi üzrə mübahisələrdir.
İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, C. İsgəndərovun 2010-2014-cü illərdə Xətaidə sosial təminat şöbəsinin - “sobes”in müdiri olduğu, həmçinin ferma, restoran, ticarət obyekti və MTK-lara sahib olduğu deyilir.
Mətbuatda iş adamının vaxtilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun “sağ əli” olduğu yazılır.