Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Gürcüstan ilə Türkiyə dənizçilərin sertifikatlarının qarşılıqlı şəkildə tanınması barəsində memorandum imzalayıblar. Bu barədə məlumatı Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi yayıb. Sənəd Britaniyanın paytaxtı London şəhərində, Beynəlxalq Dəniz Təşkliatının 33-cü Baş Assambleyası dövründə imzalanıb. Tərəflər Qara dənizdə təhlükəsiz gəmiçiliyi təmin eləməyə hazır olduqlarını bildiriblər.
Memorandum sayəsində Gürcüstandan olan dənizçilər Türkiyə sahilboyu üzən gəmilərində işləyə bilərlər.
Xatırladaq ki, ötən yay Tbilisi ilə Ankara arasında təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb.