28-03-2026, 23:18
17-03-2026, 15:20
12-03-2026, 11:28
11-03-2026, 17:52
10-03-2026, 11:35
Türkiyənin dəyişməz gündəmi olan zəlzələlərlə bağlı hər gün ayrı-ayrı xəbərdarlıqlar gəlir. Fevralın 6-na keçən gecə böyük fəlakətin yaşandığı 11 vilayətin ardından Bursa da baş verən zəlzələ hər kəsin diqqətini yenidən zəlzələ mütəxəssislərinə yönəldib.
Sozcu.info xəbər verir ki, məşhur seysmoloq Naci Görür Kafa TV-yə açıqlamasında bu dəfə 18 əyalətlə bağlı xəbərdarlıq edib.
"Təəssüf edirəm ki, bu vilayətlərin taleyi Maraş və Hatay kimi olacaq", - deyə professor bildirib.
Bəs hansı əyalətlər fay xəttindədir?
N.Görür onları bir-bir sadalayıb - Əskişəhər, Dənizli, Muğla, Ərzincan, Kayseri, Tokat, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Ərzurum, Aydın, Balıkəsir, Burdur, Manisa, Hakkari.
"Bu vilayətlər bilavasitə fay xətti üzərində yerləşir. Fay xətləri kifayət qədər güclüdür və 7 bal üzərində zəlzələ yaratmaq gücündədir", - o deyib.
Digər tərəfdən Naci Görür zəlzələ gecəsi yaşadığı hadisəni danışarkən göz yaşlarını saxlaya bilməyib.
Musavat.com