"Seçki ərəfəsində siyasi məhbusların, jurnalistlərin azad olunacağı istisna deyil" - ŞAHİN CƏFƏRLİ


"Həm bu anlaşmanın, həm də erkən seçki qərarının ABŞ nümayəndə heyətinin bölgəyə səfəri ilə əlaqəsi olduğu şübhə doğurmur"

"Sülh müqaviləsinin imzalanması istiqamətində çox ciddi addım atıldı. Azərbaycan və Ermənistanın birgə rəsmi açıqlaması, razılaşdırılan etimad quruculuğu addımları sülhə real zəmin hazırlamağa yönəlib və tarixi əhəmiyyətlidir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçinin fikrincə, həm bu anlaşmanın, həm də erkən seçki qərarının ABŞ nümayəndə heyətinin bölgəyə səfəri ilə əlaqəsi olduğu şübhə doğurmur: "Seçki ərəfəsində siyasi məhbusların, o cümlədən həbsdəki jurnalistlərin azad olunacağı da istisna deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti