Məzahir Pənahov vəzifəsindən gedir? - MSK sədri haqda iddialar səngimir


Növbədənkənar prezident seçkilərinin elan edilməsi bir çox məsələni aktuallaşdırıb. Bunlardan biri də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun vəzifədə qalıb-qalmayacağıdır. Belə ki, M.Pənahovun imici mübahisəlidir. 7 fevral seçkiləri isə tamam yeni mərhələnin siyasi hadisəsi kimi dəyərləndirilir. Bu baxımdan onun yeni kadrla əvəzlənməsi seçkinin nəticələrinə də müsbət təsir edə biləcəyi proqnozlaşdırılır.

Maraqlıdır, Məzahir Pənahovu kimsə əvəzləyəcək? Onun yerinə MSK-a yeni sədrin gətirilməsi mümkündürmü?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, seçki prosesinə fərdlə gedilmir:

“Yəni MSK bir şəxs demək deyil. Burada həm hakim partiya, həm də bitərəf və müxalifət partiyalarının təmsilçiləri fəaliyyət göstərir. Ona görə də prosesi bir şəxsin adı ilə əlaqələndirmək doğru deyil.

MSK-ın bu günə qədər keçirdiyi seçkilər normal zəmində keçirilib. Hansısa insident baş verməyib. İnsanlar iradələrini azad ortaya qoyub. Seçki prosesində kiminsə hansısa şəxsdən narazılığı ola bilər, lakin MSK-da partiyaları təmsil edən şəxslər olur və bu institutlaşmış bir qurumdur.

Bu kontekstdə məsələlərə baxmaq lazımdır. İnanıram ki, budəfəki seçkilər də demokratik və heç bir problem olmadan baş tutacaq. Nəticələr də ölkəmizin imicinə zərər vurmayacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti