Saakaşvili: “NATO Rusiya ilə müharibəyə hazılaşır”


Sozcu.info xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü olan ölkələr öz silahlı qüvvələrini Ukraynaya göndərə bilərlər. Bunu Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Dmitri Qordona müsahibəsində deyib.

Saakaşvili deyib: “Məndə olan məlumata görə, ABŞ və bir sıra Avropa ölkələri Ukraynadakı müharibəyə birbaşa qoşulmağa hazırlaşırlar. Onlar məhz bunun üçün ABŞ-ın cənubunda təlimlər keçirirlər. Həm də təkcə hava əməliyyatlarının keçirilməsi nəzərdə tutulmur, quru qoşunlarının da oraya göndərilməsinə hazırlıq gedir”.

Saakaşvilinin fikrincə, NATO münaqişəyə qoşulsa, hərbi əməliyyatlar ən qısa müddətdə başa çata bilər.



Oxşar Xəbərlər

Xəbər lenti