16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində zəhərlənmə səbəbilə 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Musavat.com-un məlumatına görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Sozcu.info-ya bildirib ki, zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilib:
“Zərərçəkənlərin vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub”.