Ağadadaş Ağayev həbs oluna bilər – VƏKİLDƏN AÇIQLAMA


Xalq artisti Ağadadaş Ağayev xəstəxana gözətçisi ilə arasında olan davaya görə ictimaiyyətdən, eləcə də dövlətdən üzr istəyib. Onun üzr istəməsi ictimaiyyətdə müzakirələrə səbəb olub.

Görəsən, tərəflər arasında barışıq olarsa, o zaman qarşı tərəfi və A.Ağayevi nə gözləyir?

Ağadadaş Ağayev üzr istəməklə məsuliyyətdən yayına biləcəkmi?

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlı deyib ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq) cinayət işi başladılıb.


Onun sözlərinə görə, xuliqanlıq maddəsinə adətən, xitam verilmir:

“İş artıq məhkəməyə ötürülüb. Düzdür, məhkəmə xitam verə də bilər, verməyə də. Lakin xuliqanlıq maddəsinə xitam verilmir. Amma hər halda ortada balta var. Həm də işə 3-cü hissə ilə başlanılıb. Ona görə də, orada mütləq hökm çıxarılmalıdır. Barışıq sadəcə, işi yüngülləşdirən haldır. Normalda onlar həbs də oluna bilərlər”.

Zaira Akifqızı
Globalinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti